Ceyhun Bayramov Albaniyanın Avropa və xarici işlər naziri ilə görüşüb - FOTO

Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Albaniyanın Avropa və xarici işlər naziri Olta Xaçka ilə görüşüb.

XİN-dən Bizim.Media-ya verilən xəbərə görə, görüş zamanı, Azərbaycanla Albaniya arasında ikitərəfli münasibətlərin cari vəziyyəti və perspektivləri, habelə regional məsələlər müzakirə edilib.

Ceyhun Bayramov Azərbaycan ilə Albaniya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluğunu bildirib. İki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun və təmasların ikitərəfli əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti diqqətə çatdırılıb.

Enerji sahəsində əməkdaşlığın Azərbaycan-Albaniya əlaqələrinin əsas istiqamətlərindən birini təşkil etdiyi bildirilərək “Cənub qaz dəhlizi”nin önəmi vurğulanıb.

Nazir Ceyhun Bayramov Ermənistan tərəfinin təxribatları barədə məlumat verərək liderlər arasında üçtərəfli bəyanatların və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycanla Ermənistan liderləri arasında razılıqların kobud pozuntusu olduğunu və vasitəçilik səylərinə xələl gətirdiyini qeyd edib.

Öz növbəsində albaniyalı nazir ölkəsinin Azərbaycanla münasibətlərin daha da inkişafında maraqlı olduğunu qeyd edib.

Azərbaycanla Albaniyanın beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığından məmnunluq ifadə olunub və tərəflər üçün maraq kəsb edən beynəlxalq və regional məsələlər ətrafında məsləhətləşmələrin davam etdirilməsinin vacib olduğunu bildirilib. 

Görüşdə, həmçinin iki ölkə arasında siyasi əlaqələrin daha da möhkəmləndirilməsi, əməkdaşlığın iqtisadi, ticari, enerji, sərmayə qoyuluşu, turizm və digər sahələrdə genişləndirilməsi perspektivləri ilə bağlı məsələlərə toxunulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu ərazilərdə qaz olmayacaq

Bu ərazilərdə qaz olmayacaq

XİN zəlzələ ilə bağlı Kolumbiyaya başsağlığı verdi

XİN zəlzələ ilə bağlı Kolumbiyaya başsağlığı verdi

İsrail və ABŞ yenidən əməliyyatlara başlayır? - Döyüş hazırlığı müzakirə edildi

İsrail və ABŞ yenidən əməliyyatlara başlayır? - Döyüş hazırlığı müzakirə edildi

Kolumbiya zəlzələsindən daha bir görüntü - VİDEO

Kolumbiya zəlzələsindən daha bir görüntü - VİDEO

Sakinlər imdad dilədi: "Ağcaqanadın əlindən çölə çıxa bilmirik" - VİDEO

Sakinlər imdad dilədi: "Ağcaqanadın əlindən çölə çıxa bilmirik" - VİDEO

Pezeşkian: ABŞ İranla bağlı proqnozlarında səhvə yol verib

Pezeşkian: ABŞ İranla bağlı proqnozlarında səhvə yol verib

Kolumbiya hökuməti İsrailin Colan yüksəklikləri üzərində suverenliyini tanıdı - FOTO

Kolumbiya hökuməti İsrailin Colan yüksəklikləri üzərində suverenliyini tanıdı - FOTO

İlanlar niyə gözəl qadınlara dolanır – Mif, basdırılmış duyğular yoxsa həqiqət?

İlanlar niyə gözəl qadınlara dolanır – Mif, basdırılmış duyğular yoxsa həqiqət?

Ərdoğan: Bu dialoq Türkiyənin Avropa İttifaqı ilə əlaqələrini dərinləşdirəcək

Ərdoğan: Bu dialoq Türkiyənin Avropa İttifaqı ilə əlaqələrini dərinləşdirəcək

Keçmiş deputat Anna Mkrtçyanın atası TUTULDU

Keçmiş deputat Anna Mkrtçyanın atası TUTULDU

Mardan yenə sərsəmlədi: “Vuçiç bizə qardaş deyil” - VİDEO

Mardan yenə sərsəmlədi: “Vuçiç bizə qardaş deyil” - VİDEO

Prezidentin Naxçıvan səfəri

Prezidentin Naxçıvan səfəri

Xameneidən yeni TƏYİNATLAR

Xameneidən yeni TƏYİNATLAR

Dövlət büdcəsində 855,9 milyon manatlıq fərq: Gəlirlər proqnozu üstələdi

Dövlət büdcəsində 855,9 milyon manatlıq fərq: Gəlirlər proqnozu üstələdi

Uzunömürlülüyünüz üçün edə biləcəyiniz ƏN VACİB ŞEY

Uzunömürlülüyünüz üçün edə biləcəyiniz ƏN VACİB ŞEY

Mark Zukerberq UFC çempionu ilə gölün ortasında MƏŞQ ETDİ - VİDEO

Mark Zukerberq UFC çempionu ilə gölün ortasında MƏŞQ ETDİ - VİDEO

Londonda 8 milyon funt sterlinqdən çox dəyəri olan avtomobillər müsadirə edildi

Londonda 8 milyon funt sterlinqdən çox dəyəri olan avtomobillər müsadirə edildi

Cennifer Eniston və Bred Pitt yenidən ünsiyyət qurmağa başlayıblar - Bütün detallar

Cennifer Eniston və Bred Pitt yenidən ünsiyyət qurmağa başlayıblar - Bütün detallar

Bakıda uşaq beş aydır qəbul olunduğu bağçaya gedə bilmir? - RƏSMİ AÇIQLAMA

Bakıda uşaq beş aydır qəbul olunduğu bağçaya gedə bilmir? - RƏSMİ AÇIQLAMA

Məşhur jurnalist saxta transfer xəbərinə görə saxlanıldı - FOTO - VİDEO

Məşhur jurnalist saxta transfer xəbərinə görə saxlanıldı - FOTO - VİDEO

Özbəkistanın 7 vətəndaşı Rusiyada PUA hücumunda həlak oldu

Özbəkistanın 7 vətəndaşı Rusiyada PUA hücumunda həlak oldu

Qusarda Respublika Şahmat Olimpiadasının iştirakçıları üçün ekskursiya proqramı - FOTO

Qusarda Respublika Şahmat Olimpiadasının iştirakçıları üçün ekskursiya proqramı - FOTO

Tümen vilayətində “Tobolskneftexim” neft-kimya kombinatı vuruldu

Tümen vilayətində “Tobolskneftexim” neft-kimya kombinatı vuruldu

Müdafiə Nazirliyi hərbçilərin ölümünü niyə açıqlamır? - Geğam Manukyan

Müdafiə Nazirliyi hərbçilərin ölümünü niyə açıqlamır? - Geğam Manukyan

End of content

No more pages to load

RADİO