İran Prezidenti Məsud Pezeşkian ABŞ-ın ölkəsindəki daxili siyasi vəziyyətlə bağlı hesablamalarının uğursuz olduğunu bildirib.
Bizim.Media xəbər verir ki, Pezeşkianın sözlərinə görə, ABŞ proqnozlarını süni intellektin qiymətləndirmələri və digər qeyri-obyektiv məlumatlar əsasında hazırlayıb.
“Düşmən ölkəmizdə aclıq, talan və sosial çöküş, qeyri-sabitlik və təzyiq yaratmağa nail olacağını düşünürdü. Lakin onun hesablamaları bir-birinin ardınca iflasa uğradı”, — İran prezidenti bildirib.
Bizim.Media