Rusiya təbliğatçıları və siyasətçiləri Ukrayna Prezidenti Volodimir Zelenskinin Serbiya hakimiyyəti tərəfindən isti qarşılanmasından narazı qalıblar.
Bizim.Media xəbər verir ki, rusiyalı təbliğatçı Sergey Mardan Serbiya Prezidenti Aleksandar Vuçiç haqqında “Serbiya prezidenti — o, heç də bizim qardaşımız deyil, qardaş deyil, hətta əksinədir” deyib.
Rusiyanın təbliğat kanalı “Tsarqrad TV” isə Zelenskinin Belqrada səfərinin və Serbiya prezidenti ilə görüşünün “qıcıqlandırıcı göründüyünü” bildirib.
“Ruslar mərhəmətlidir, amma səbrin də bir həddi var”, — təbliğatçılar bildiriblər.
Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini Vladimir Cabarov isə “Podom”a açıqlamasında Zelenskinin səfərinin Rusiyaya “xüsusi sevinc gətirmədiyini” söyləyib.
Bununla belə, Cabarov serbləri “qardaş” adlandırıb və onların Zelenski ilə görüşməsinin Avropanın xoşuna gəlmək məqsədi daşıya biləcəyini ehtimal edib.
Bizim.Media