Londonda 8 milyon funt sterlinqdən çox dəyəri olan avtomobillər müsadirə edildi

London polisi həftəsonu keçirdiyi genişmiqyaslı əməliyyat zamanı ümumi dəyəri 8 milyon funt sterlinqdən çox olan 90 avtomobili müsadirə edib.

Bizim.Media  “The Independent”ə istinadla xəbər verir ki, əməliyyat avqustun 7-dən 9-dək Hayd Park, Kensinqton və Çelsi ərazilərində sığortasız avtomobil idarə edən, təhlükəli sürücülük və ictimai asayişi pozan şəxslərə qarşı keçirilib.

London Metropolitan Polisi əməliyyatı Motorlu Nəqliyyat Vasitələrinin Sığortası Bürosunun dəstəyi ilə həyata keçirib.

Müsadirə edilən avtomobillər arasında təxminən 3,7 milyon funt sterlinq dəyərində “Ferrari Monza SP2” superkarı da olub. Cəmi bir gün əvvəl Böyük Britaniyaya gətirilmiş avtomobil sığortasız və müvafiq sürücülük vəsiqəsi olmadan idarə edildiyi üçün saxlanılıb.

Polisin məlumatına görə, avtomobili idarə edən şəxsin yalnız müvəqqəti sürücülük vəsiqəsi olub. O, superkarın sükanı arxasına keçdikdən yarım saatdan az müddət sonra polis əməkdaşları tərəfindən saxlanılıb.

“Ferrari Monza SP2” İtaliya istehsalçısının cəmi 499 ədəd buraxdığı modellərdən biridir. Bu ilin əvvəlində həmin model avtomobillərdən biri hərracda 4 milyon 995 min dollara, təxminən 3,7 milyon funt sterlinqə satılıb.

Yeni səlahiyyətlərə əsasən, polis əməkdaşları antisosial davranışla əlaqəli hallarda sürücülərə əvvəlcə xəbərdarlıq etmədən nəqliyyat vasitələrini birbaşa müsadirə edə bilirlər. Həftəsonu ərzində təkcə bu qaydalar əsasında 15 avtomobil müsadirə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Uşaqla nikah bağlamadan ailə qurmaq ERKƏN EVLİLİK sayılacaq

Bu tarixlərdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Prezident və birinci xanım “ADEX 2026” sərgisində - YENİLƏNİB -FOTO/VİDEO

İlham Əliyev və xanımının “ADEX 2026” sərgisindən görüntüləri – VİDEOÇARX

Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşdü

Azərbaycan Türkiyədən 500 milyon dollarlıq SİLAH ALIR

Oktyabrın ilk günlərində leysan olacaq - XƏBƏRDARLIQ

Azərbaycandan QƏTİYYƏTLİ MÖVQE – İsveçrədə Qarabağla bağlı təxribatçı forum BAŞ TUTMADI – EKSKLÜZİV

Yeni PUA-mız ilk dəfə nümayiş etdirildi - FOTO

Daha bir "Flydubai" təyyarəsi qəfildən istimaqətini dəyişdi: Nə baş verir?

“Köhnə peşə”nin yeni nümayəndələri – Sürücüləri tələyə salan piyadaları hansı cəza gözləyir?

Bu qəsəbədə saxta alkoqollu içkilər aşkarlandı – FOTO

Azərbaycanın yeni lazer raketi - FOTO

Azərbaycanın yeni lazer raketi - FOTO

Tac Mahalın arxasında gizlənən səfalət — Hindistandan REPORTAJ (FOTOLAR)

Pilotların dava etdiyi həmin təyyarədən ilk FOTOLAR

“SİQR” pilotsuz quru robotu nümayiş etdirildi - FOTO

Azərbaycan və İran arasında hərbi sahədə əlaqələr müzakirə edildi

Həkimi döyüb, xadimənin sümüyünü sındırıb

Azərbaycanın “VAŞAQ” zirehli əməliyyat maşını – FOTO

12 milyonluq "Bulvar İdarəsi" İŞİ: "Pulları Fuad müəllimə verirdim"

Tbilisidə Heydər Əliyevin büstünü zədələyən Ermənistan vətəndaşı saxlanıldı – FOTO

Müdafiə sahəsinə 500 milyon dollar: Azərbaycan və Türkiyə yeni sazişlər imzaladı

Daha bir Azərbaycan vətandaşı Rusiya-Ukrayna müharibəsində HƏLAK OLDU

“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

End of content

No more pages to load

RADİO