İlanlar niyə gözəl qadınlara dolanır – Mif, basdırılmış duyğular yoxsa həqiqət?

Asiya və Şərq xalqlarının folklorunda ilan obrazı sadəcə təhlükəli heyvan kimi deyil, həm də sirli, fövqəltəbii və bəzən romantik-şəhvani xüsusiyyətlərə malik varlıq kimi təqdim olunur. Xüsusilə ilanların qadın gözəlliyinə heyran olması ilə bağlı çoxlu əfsanə və inanclar mövcuddur.

Müxtəlif Şərq rəvayətlərində ilanın gözəl qıza aşiq olması, yaxud ilanın gözəl gənc oğlana çevrilərək qızla evlənməsi kimi motivlərə rast gəlinir.

Bunlardan ən çox yayılmış rəvayət isə Anadolu-kürd ədəbiyyatında özünə yer etmiş Şahmaran (farsca: Şah – hökmdar, maran – ilanlar deməkdir) əfsanəsidir. Amma burada məsələ bir az fərqlidir:  Şahmaran yarıqadın-yarıilan formasında olan gözəl məxluqdur, onu hər adam görə bilmir. Bəsirət gözü açıq olanlar bu gözəl varlıqla rastlaşa, bununla da dəli-divanə aşiq olub ya dərviş kimi inzivaya çəkilə ya da Məcnun olub çöllərə düşə bilər.
 

İlan hər nə qədər ürpədici olsa da əslində gözqamaşdırıcı, parlaq dərili heyvandır. Onun hipnotik qabiliyyəti isə təkcə inanclarda deyil, elə elmdə də özünü təsdiqləyib. Bəlkə də bu səbəbdən bu qəribə sürünənlə bağlı saysız-hesabsız rəvayətlər uydurulub.


Məsələn, Hindistanın şimal-şərqində yaşayan bəzi xalqların folklorunda “ilan ər” motivinə rast gəlinir.

Rəvayətlərdən birində gözəl bir qız çayda çimərkən böyük ilan peyda olur. Qıza aşiq olan ilan sonradan yaraşıqlı gənc cildinə girir və qızla evlənir. Eynilə İran, Çin, Koreya folklorunda da ilanla qadın arasında belə əcaib izdivaca rast gəlinir.

Psixoloqlar folklorda özünə yer etmiş bu əfsanələri əslində basdırılmış şəhvani duyğularla əlaqələndirirlər. Xüsusən Şərq mədəniyyətində (dini inancından asılı olmayaraq) insanların öz intim təxəyyülləri, keçirdikləri hisslərlə bağlı danışmaq sərbəstliyi olmayıb. Qadağalar isə ardıyca daha qara, ağlasığmaz fantaziyalara yol açır. Zoofiliya bir psixoloji pozuqluq olaraq istənilən dövrlərdə mövcud olub. Sadəcə söz sərrafları bunu maraqlı rəvayətlər şəklində insanlara “sırıya” biliblər. Nəticədə isə yüziilərin mistik-erotik nağıllar toplusu yaranıb.

Bu motivlərin hamısında diqqət çəkən başqa bir xüsusiyyət də ilanla qadınlığın simvolik əlaqəsidir.

Müxtəlif mədəniyyətlərdə ilan məhsuldarlıq, dərisini (qabığını) dəyişməklə yenilənmə, həyat, şəfa, sirr və cinsi cazibə ilə əlaqələndirilib. Eynilə qadın bədəni də həy ay yenilənmək və dünyaya övlad gətirməklə məhsuldarlıq, həyatvericilik, sağlamlıq, qarşısıalınmaz cazibə kimi rəmzi, eyni zamanda realistik xarakter daşıyır.

Bioloji baxımdan ilanların insanın gözəlliyini, xüsusilə də qadının cazibəsini və ya bədən quruluşunu qiymətləndirdiyinə dair elmi sübut yoxdur. Lakin xalq arasında kifayət qədər şifahi təsdiq var. Müxtəlif dövrlərdə yaşayan ovsunçular fəalliyyətləri dövründə dəfələrlə çay kənarında paltar-palaz yuyan, tala və ya meşədə bitki toplayan (yəni xəlvətdə qalan) gözəl, ağcamaya, dolubədənli qadınlara sarıldığını müşahidə ediblər.
 

Yuxarıdakı məqamları əsas gətirib məntiqlə düşünsək, bunun da həmin yad gözəlləri iştahla kənardan müşahidə edən ovsunçu “dayı”nın fiziki istəyi kimi qəbul etmək olar. Amma mənim uşaqkən qismən şahid olduğum bir hadisədə tövşüyə-tövşüyə ovsunçu qohumumu köməyə çağıran yeniyetmə oğlanın təlaşına dair dumanlı xatirələr var.


Oğlan böyük bacısına ilanın dolandığını bildirib ovsunçudan kömək diləyirdi:

“Qorxma, ona dəyməz, sadəcə sıx dolanıb qızı qaranəfəs edə bilər”, - deyən yaşlı kişi köməyə gedib ilanı uzaqlaşdırmışdı...

Bütün bunlar təsadüfi hallar, müxtəlif qulaqdandolma məlumatlar, şişirtmə reallıqlar da ola bilər. Amma ən maraqlısı budur ki, istər gerçəkdə, istərsə də müxtəlif mədəniyyətlərdə hekayənin məğzi dəyişsə də, əsas simvollar eyni qalır: qadın gözəlliyi, şəhvət, cazibə, heyranlıq, sirr və fövqəltəbiilik.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan və Ermənistanın davamlı sülhə doğru atdığı addımlar dünya üçün nümunədir

Azərbaycan və Ermənistanın davamlı sülhə doğru atdığı addımlar dünya üçün nümunədir

İzmirdə güclü külək səbəbindən pul yola səpələndi - VİDEO

İzmirdə güclü külək səbəbindən pul yola səpələndi - VİDEO

Bakının 3 küçəsində avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq

Bakının 3 küçəsində avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq

Ağ Evdə təşkil olunmuş Sülh Sammitinin birinci ildönümü ilə bağlı Birgə Bəyanat yayıldı - FOTO

Ağ Evdə təşkil olunmuş Sülh Sammitinin birinci ildönümü ilə bağlı Birgə Bəyanat yayıldı - FOTO

Dunayda batmış alman gəmiləri yenidən üzə çıxdı

Dunayda batmış alman gəmiləri yenidən üzə çıxdı

Netanyahu: “İsrail süni intellekt sahəsində dünya gücünə çevrilməlidir” - VİDEO

Netanyahu: “İsrail süni intellekt sahəsində dünya gücünə çevrilməlidir” - VİDEO

Abituriyentlər üçün MÜHÜM XƏBƏR: II və III qruplar üzrə plan yerləri AÇIQLANDI

Abituriyentlər üçün MÜHÜM XƏBƏR: II və III qruplar üzrə plan yerləri AÇIQLANDI

Kolumbiyada zəlzələdə ölənlərin sayı 55-ə çatdı - VİDEO

Kolumbiyada zəlzələdə ölənlərin sayı 55-ə çatdı - VİDEO

Bu ərazilərdə qaz olmayacaq

Bu ərazilərdə qaz olmayacaq

XİN zəlzələ ilə bağlı Kolumbiyaya başsağlığı verdi

XİN zəlzələ ilə bağlı Kolumbiyaya başsağlığı verdi

İsrail və ABŞ yenidən əməliyyatlara başlayır? - Döyüş hazırlığı müzakirə edildi

İsrail və ABŞ yenidən əməliyyatlara başlayır? - Döyüş hazırlığı müzakirə edildi

Kolumbiya zəlzələsindən daha bir görüntü - VİDEO

Kolumbiya zəlzələsindən daha bir görüntü - VİDEO

Sakinlər imdad dilədi: "Ağcaqanadın əlindən çölə çıxa bilmirik" - VİDEO

Sakinlər imdad dilədi: "Ağcaqanadın əlindən çölə çıxa bilmirik" - VİDEO

Pezeşkian: ABŞ İranla bağlı proqnozlarında səhvə yol verib

Pezeşkian: ABŞ İranla bağlı proqnozlarında səhvə yol verib

Kolumbiya hökuməti İsrailin Colan yüksəklikləri üzərində suverenliyini tanıdı - FOTO

Kolumbiya hökuməti İsrailin Colan yüksəklikləri üzərində suverenliyini tanıdı - FOTO

İlanlar niyə gözəl qadınlara dolanır – Mif, basdırılmış duyğular yoxsa həqiqət?

İlanlar niyə gözəl qadınlara dolanır – Mif, basdırılmış duyğular yoxsa həqiqət?

Ərdoğan: Bu dialoq Türkiyənin Avropa İttifaqı ilə əlaqələrini dərinləşdirəcək

Ərdoğan: Bu dialoq Türkiyənin Avropa İttifaqı ilə əlaqələrini dərinləşdirəcək

Keçmiş deputat Anna Mkrtçyanın atası TUTULDU

Keçmiş deputat Anna Mkrtçyanın atası TUTULDU

Mardan yenə sərsəmlədi: “Vuçiç bizə qardaş deyil” - VİDEO

Mardan yenə sərsəmlədi: “Vuçiç bizə qardaş deyil” - VİDEO

Prezidentin Naxçıvan səfəri

Prezidentin Naxçıvan səfəri

Xameneidən yeni TƏYİNATLAR

Xameneidən yeni TƏYİNATLAR

Dövlət büdcəsində 855,9 milyon manatlıq fərq: Gəlirlər proqnozu üstələdi

Dövlət büdcəsində 855,9 milyon manatlıq fərq: Gəlirlər proqnozu üstələdi

Uzunömürlülüyünüz üçün edə biləcəyiniz ƏN VACİB ŞEY

Uzunömürlülüyünüz üçün edə biləcəyiniz ƏN VACİB ŞEY

Mark Zukerberq UFC çempionu ilə gölün ortasında MƏŞQ ETDİ - VİDEO

Mark Zukerberq UFC çempionu ilə gölün ortasında MƏŞQ ETDİ - VİDEO

End of content

No more pages to load

RADİO