Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümüdür

Bu gün Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümüdür.

Bizim.Media xatırladır ki, Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub.

O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməyib.

1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləyib və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib.

Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqrad şəhərində (indiki Sankt-Peterburq) xüsusi ali təhsil alıb. 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.

Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Mərkəzi Komitənin birinci katibi seçilərək respublikanın rəhbəri olub.
1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev iyirmi il ərzində SSRİ və Azərbaycan SSR Ali Sovetlərinin deputatı olub və beş il SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışıb.

Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.

Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilən cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib.

O, Dağlıq Qarabağda yaranan kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev əvvəlcə Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilən təsis qurultayında partiyanın sədri seçilib.

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq verən Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib.

Azərbaycanın ümummilli lideri, Prezident Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend klinikasında (ABŞ) vəfat edib, dekabrın 15-də Bakıda Fəxri Xiyabanda dəfn olunub.
Heydər Əliyev bir çox dövlət orden və medallara, beynəlxalq mükafatlara layiq görülüb, müxtəlif ölkələrin universitetlərinin fəxri doktoru seçilib.

Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mərkəzi Bankın köhnə binasının aqibəti necə olacaq? – RƏSMİ AÇIQLAMA

Mərkəzi Bankın köhnə binasının aqibəti necə olacaq? – RƏSMİ AÇIQLAMA

“Sabah”ın qazandığı böyük uğurdur, buna sevinməliyik”- Video

“Sabah”ın qazandığı böyük uğurdur, buna sevinməliyik”- Video

Böyük Şordan Dərnəgülə gedənlərə XƏBƏRDARLIQ

Böyük Şordan Dərnəgülə gedənlərə XƏBƏRDARLIQ

Xalq artisti elə dəyişdi ki… -Video

Xalq artisti elə dəyişdi ki… -Video

Naxçıvan sakinlərini sevindirəcək daha bir xəbər

Naxçıvan sakinlərini sevindirəcək daha bir xəbər

Kiyevə kütləvi dron hücumları başladı – FOTO

Kiyevə kütləvi dron hücumları başladı – FOTO

Ötən il cinayət törədən yeniyetmələrin SAYI AÇIQLANDI

Ötən il cinayət törədən yeniyetmələrin SAYI AÇIQLANDI

Bu daş qızıldan daha bahadır — Onu dəyərli edən nədir?

Bu daş qızıldan daha bahadır — Onu dəyərli edən nədir?

Milyarderin oğlu bənövşəyi “Lamborghini” ilə qəza törətdi- Fotolar

Milyarderin oğlu bənövşəyi “Lamborghini” ilə qəza törətdi- Fotolar

Dünən dənizdə batan “Krosna”nın solisti imiş – Video

Dünən dənizdə batan “Krosna”nın solisti imiş – Video

Mask bu ölkəni almaq istəyir: “Qiyməti nə qədərdir?"

Mask bu ölkəni almaq istəyir: “Qiyməti nə qədərdir?"

Zelenski Ukrayna ordusunda döyüşən soydaşlarımızı mükafatlandırdı – ADLAR

Zelenski Ukrayna ordusunda döyüşən soydaşlarımızı mükafatlandırdı – ADLAR

Prezident: “Biz hər zaman daha yaxşısını istəyirik” – VİDEO

Prezident: “Biz hər zaman daha yaxşısını istəyirik” – VİDEO

Dörd rayonda yanğına səbəb olan şəxslər SAXLANILDI - FOTO

Dörd rayonda yanğına səbəb olan şəxslər SAXLANILDI - FOTO

Lənkəranda meşədə tapılan meyitlərlə bağlı cinayət işi başlandı

Lənkəranda meşədə tapılan meyitlərlə bağlı cinayət işi başlandı

Avropada ürəkbulandıran festival – fransızlar donuza bənzəmək üçün yarışa girdilər – VİDEO

Avropada ürəkbulandıran festival – fransızlar donuza bənzəmək üçün yarışa girdilər – VİDEO

İlham Əliyev: “Naxçıvanın gözəl təbiəti, mənzərəli yerləri var” – VİDEO

İlham Əliyev: “Naxçıvanın gözəl təbiəti, mənzərəli yerləri var” – VİDEO

ABŞ-Gürcüstan münasibətlərində İran düyünü: Kriptoplatforma üzərindən qurulan şəbəkə ilə bağlı SENSASİON DETALLAR

ABŞ-Gürcüstan münasibətlərində İran düyünü: Kriptoplatforma üzərindən qurulan şəbəkə ilə bağlı SENSASİON DETALLAR

“Çocuklar Duymasın”ın Şükrüsü illər sonra göründü— FOTOLAR

“Çocuklar Duymasın”ın Şükrüsü illər sonra göründü— FOTOLAR

Hava niyə vaxtından tez soyudu?- Açıqlama

Hava niyə vaxtından tez soyudu?- Açıqlama

Vəzifəyə təyin olunduqdan 4 gün sonra istefa verdi – FOTO

Vəzifəyə təyin olunduqdan 4 gün sonra istefa verdi – FOTO

Azərbaycan Prezidenti: "Avropaya elektrik enerjisi ilə də çıxmaq istəyirik" - VİDEO

Azərbaycan Prezidenti: "Avropaya elektrik enerjisi ilə də çıxmaq istəyirik" - VİDEO

Emosional intellekti aşağı olan insanların tez-tez işlətdiyi 4 ifadə

Emosional intellekti aşağı olan insanların tez-tez işlətdiyi 4 ifadə

Ukrayna əsilli Azərbaycan qəhrəmanı Oleq Babakın xatirəsinə həsr olunan tədbirlər keçirildi – FOTO

Ukrayna əsilli Azərbaycan qəhrəmanı Oleq Babakın xatirəsinə həsr olunan tədbirlər keçirildi – FOTO

End of content

No more pages to load

RADİO