Fransada donuz səsi çıxarmaq yarışması təşkil olunub.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu yarışma yeni deyil, artıq 43-cü dəfə keçirilir.
Pourcailhade adlı festivala 4 minə yaxın insan qatılıb.
İştirakçılar növbə ilə donuz səsləri çıxararaq münsiflər heyətini heyrətləndirməyə və qalib titulunu qazanmağa çalışırlar.
La Pourcailhade — Fransanın cənub-qərbindəki Tria-sür-Baiz kəndində hər il avqust ayında keçirilən qeyri-adi festivalıdır. 1981-ci ildən bəri təşkil olunan bu şənlikdə donuzçuluq ənənələri və müxtəlif əyləncəli yarışlar təqdim olunur.
Festivalda donuz səsi təqlidi üzrə çempionatdan başqa iştirakçılar donuz kolbasası yemək üzrə müsabiqələrə də qatılırlar. Balaca donuzların qaçış yarışları, yerli kənd məhsullarının sərgiləri də təşkil olunur.
Bizim.Media