Hava niyə vaxtından tez soyudu?- Açıqlama

Avqust ayının əvvəli olsa da, hava vaxtından tez sərinləşib. Ümumilikdə isə bu il yay mövsümündə əvvəlki illərlə müqayisədə şiddətli istilərin daha az müşahidə edildiyi diqqət çəkir.
 
Havaların belə keçməsi mövsüm üçün nə dərəcədə normaldır və qarşıdakı günlərdə bizi hansı hava şəraiti gözləyir?
 
Bizim.Media xəbər verir ki, ekoloq Sadiq Həsənov Demokrat.az-a açıqlamasında söyləyib ki, bu il kəskin istilər olmasa da, hava o qədər də mülayim keçməyib:
 
“Bu, Azərbaycan, xüsusilə də Bakı-Abşeron üçün xarakterik iqlim və temperatur göstəriciləridir. Adətən avqust ayının əvvəllərində, iyul ayının sonlarında havanın temperaturu 40 dərəcəyə qədər çatırdı. Bu il isə temperatur bir qədər aşağı oldu. Ancaq havalar o qədər də sərin keçmədi, ümumilikdə isti hava müşahidə edildi. Yəni bunu normal iqlim şəraiti kimi qiymətləndirə bilərik. Bu il hava nə çox yüksək, nə də çox aşağı temperaturla müşahidə olundu. İqlim orta göstəricilərə uyğun keçdi.

Külək məsələsinə gəldikdə isə nəzərə alaq ki, Bakı-Abşeron yarımadası Xəzər dənizinin içərisinə doğru uzanmış vəziyyətdədir. Buna görə də həm şimaldan, həm cənubdan, həm şərqdən, həm də qərbdən gələn hava kütlələrinin təsirinə məruz qalır. Burada formalaşan küləklər, əsasən, Xəzər dənizinin şimalında, Rusiya və Qazaxıstan əraziləri arasında formalaşan hava kütlələri ilə əlaqədardır. Temperaturun yüksəlməsi zamanı torpaq daha tez qızır və tez də soyuyur. Xəzər dənizi isə gec qızır və gec soyuyur. Bunun nəticəsində atmosfer təzyiqində fərq yaranır”.
 
Ekoloq bildirib ki, normal halda atmosfer təzyiqi təxminən bir atmosfer olur:
 
“Lakin müəyyən hallarda burada 0,35-0,38, bəzən isə 0,40 atmosferə qədər təzyiq fərqi yarana bilir. Bunu millibarla ifadə etsək, 1035, 1037 və 1033 millibar kimi göstəricilər müşahidə olunur. Şimalda təzyiqin daha yüksək olması nəticəsində Xəzri küləkləri yaranır və bu küləklər şimaldan cənuba doğru əsir. Xəzər dənizi uzunsov formada olduğuna görə Xəzri küləkləri şimaldan başlayaraq cənuba doğru hərəkət edir.

Bu küləklərin sürəti bəzən saniyədə 30-35, hətta 40 metrə qədər çata bilir. Bu da Bakı üçün xarakterik iqlim xüsusiyyətlərindən biridir. Xəzər dənizinin cənub hissəsində isə külək Elburs dağlarına toxunduqdan sonra İran ərazisində, Xəzərin cənub sahillərində istiqamətini dəyişərək geri qayıdır və Gilavar küləyi yaranır. Buna cənub küləyi də deyilir. Yəni Bakı-Abşeron yarımadası Xəzər dənizinin içərisinə doğru uzandığı üçün həm şimaldan, həm də cənubdan gələn küləklərin daimi təsirinə məruz qalır.

Qış aylarında isə vəziyyət bir qədər fərqli olur. Bu dövrdə arktik hava kütlələri gəlir. Həmin soyuq hava kütlələri Böyük Qafqaz sıra dağlarına toxunaraq Xəzər dənizinin şimalındakı dar keçiddən dənizə daxil olur. Cənubdan gələn siklonlar isə Aralıq dənizi və Afrika istiqamətindən hərəkət edən hava kütlələri ilə əlaqədardır və onlar da Bakı-Abşeronun iqliminin formalaşmasına təsir göstərir. İndiki halda müşahidə etdiyimiz hava şəraiti Bakı-Abşeron üçün normal və xarakterik iqlim göstəricilərinə uyğundur”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Emrahın oğlu zaqatalalı qızla evlənibmiş - FOTO/VİDEO

Emrahın oğlu zaqatalalı qızla evlənibmiş - FOTO/VİDEO

Cəlilabadda ev yandı - FOTO

Cəlilabadda ev yandı - FOTO

Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı

Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı

Ağdamdakı ağır qəzada xəsarət alanların SON DURUMU

Ağdamdakı ağır qəzada xəsarət alanların SON DURUMU

Laçın istiqamətində hərbçimizin itkin düşməsi ilə bağlı cinayət işi başlanıb

Laçın istiqamətində hərbçimizin itkin düşməsi ilə bağlı cinayət işi başlanıb

Peskov: “Rusiya Avropaya qarşı nüvə silahından istifadə etməyi planlaşdırmır” - VİDEO

Peskov: “Rusiya Avropaya qarşı nüvə silahından istifadə etməyi planlaşdırmır” - VİDEO

Toyda kütləvi zəhərlənmə - Restoran bağlandı - FOTO

Toyda kütləvi zəhərlənmə - Restoran bağlandı - FOTO

Ermənistanda azərbaycanlı hərbçi SAXLANILDI

Ermənistanda azərbaycanlı hərbçi SAXLANILDI

Xırdalan və Masazıra gedən “manatlıq”ların fəaliyyəti BƏRPA OLDU

Xırdalan və Masazıra gedən “manatlıq”ların fəaliyyəti BƏRPA OLDU

Hacıqabulda AĞIR QƏZA: 4 yaralı var - FOTO/VİDEO

Hacıqabulda AĞIR QƏZA: 4 yaralı var - FOTO/VİDEO

Kreml Avropaya ÇAĞIRIŞ ETDİ

Kreml Avropaya ÇAĞIRIŞ ETDİ

Millimiz Kosovoya UDUZDU

Millimiz Kosovoya UDUZDU

Media sahəsində əməkdaşlıq və dezinformasiya müzakirə edildi - FOTO

Media sahəsində əməkdaşlıq və dezinformasiya müzakirə edildi - FOTO

Aİ-də yeni TƏLƏB: 13 ölkə Brüsselə səsləndi

Aİ-də yeni TƏLƏB: 13 ölkə Brüsselə səsləndi

Hörmüz boğazında üç neft tankeri VURULDU

Hörmüz boğazında üç neft tankeri VURULDU

Türkiyədə mədən çökdü: 2 nəfər xilas edildi

Türkiyədə mədən çökdü: 2 nəfər xilas edildi

Gəncədə yeddi şagirdin zəhərləndiyi bufetin fəaliyyəti MƏHDUDLAŞDIRILDI – FOTO

Gəncədə yeddi şagirdin zəhərləndiyi bufetin fəaliyyəti MƏHDUDLAŞDIRILDI – FOTO

Türkiyənin "Manifest" qızlar qrupu Londonda ilk konsertə hazırlaşır – VİDEO

Türkiyənin "Manifest" qızlar qrupu Londonda ilk konsertə hazırlaşır – VİDEO

DİN-dən əməliyyat: Külli miqdarda narkotik aşkarlandı - Foto

DİN-dən əməliyyat: Külli miqdarda narkotik aşkarlandı - Foto

Azərbaycanda bu deputatın mandatı ləğv edildi – FOTO

Azərbaycanda bu deputatın mandatı ləğv edildi – FOTO

Trampdan İrana yeni zərbələrin ANONSU

Trampdan İrana yeni zərbələrin ANONSU

ADMİU tələbələrinə ŞAD XƏBƏR - 3 ayın təqaüdü BU TARİXDƏ ödəniləcək

ADMİU tələbələrinə ŞAD XƏBƏR - 3 ayın təqaüdü BU TARİXDƏ ödəniləcək

Hikmət Hacıyev: "Aİ-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" – FOTO

Hikmət Hacıyev: "Aİ-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" – FOTO

Şirinbulaq sakinləri çətin DURUMDA: Qaz məsələsinin həlli nə vaxta qaldı? – VİDEO

Şirinbulaq sakinləri çətin DURUMDA: Qaz məsələsinin həlli nə vaxta qaldı? – VİDEO

End of content

No more pages to load

RADİO