Ukrayna ordusunda döyüşən iki soydaşmız təltif edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Sərəncam imzalayıb.
Sərəncama əsasən, Ukraynanın dövlət suverenliyinin və ərazi bütövlüyünün müdafiəsində göstərilən şəxsi cəsarət və fədakarlığa, Ukrayna xalqına vicdanla və qüsursuz xidmətə görə kiçik çavuş Kazımov Orxan Elxan oğlu və əsgər Abdullayev Rafael İlham oğlu mükafatlandırılıblar.
Orxan Kazımov "Ukraynaya hərbi xidmətə görə" medalı, Rafael Abdullayev isə ölümündən sonra 3-cü dərəcəli "Cəsarətə görə" ordeni ilə təltif edilib.
Bizim.Media