Türkiyənin məşhur “Çocuklar Duymasın” serialında “Şükrü” obrazını canlandıran aktyor Şükrü Koruyucu uzun illər sonra kameralar qarşısına çıxıb.
Bizim.Media xəbər verir ki, Koruyucu serialın yaradıcısı Birol Güvenin anasının dəfn mərasimində görüntülənib.
Uzun müddətdir ekranlardan uzaq olan aktyorun son görüntüləri sosial mediada geniş müzakirələrə səbəb olub.
Şükrü Koruyucunun canlandırdığı “Şükrü” obrazı serialın yaddaqalan personajlarından olub. O, xüsusilə Alpaslan Özmolun canlandırdığı “Çayçı Hüseyn”lə birlikdə yer aldığı səhnələrlə tamaşaçıların rəğbətini qazanıb.
Koruyucu uzun müddətdir ictimaiyyət qarşısında görünmədiyi üçün onun yeni görüntüləri diqqət çəkib. 54 yaşlı aktyorun saçlarının ağardığı və görünüşünün illər ərzində dəyişdiyi müşahidə olunub.
Onun fotolarının sosial mediada paylaşılmasından sonra bəzi istifadəçilər aktyoru ilk baxışda tanımaqda çətinlik çəkdiklərini bildiriblər. Şükrü Koruyucunun son görüntüsü “Çocuklar Duymasın”ın köhnə aktyor heyətinə və serialın məşhur obrazlarına olan marağı yenidən gündəmə gətirib.


Bizim.Media