“Krosna” qrupunun solisti Seymur Allahverdiyev vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə qrupla əməkdaşlıq edən tanınmış bloqer Ləman Rüstəmi paylaşım edib.
Qeyd edək ki, ötən gün Xəzər rayonu, Buzovna qəsəbəsində, ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km aralı dənizdə nəzarətsiz ərazidə 1996-cı il təvəllüdlü Seymur Allahverdiyevin meyiti tapılıb. Onun meyiti dalğıclar tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bizim.Media