Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 28-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Səlim bin Məhəmməd əl-Malik ilə görüşüb.

Bizim.Media xəbər verir ki, görüşdə Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

Fondun İslam dünyasında və digər ölkələrdə təhsil, sosial dəstək sahələrində həyata keçirdiyi layihələrə görə 2025-ci ildə “Həmdan-ICESCO” mükafatına layiq görüldüyü xatırlanıb.

Eyni zamanda, Heydər Əliyev Fondunun fəaliyyəti dövründə təhsil və sosial sahələrə hər zaman önəm verdiyi qeyd olunub.

Bu baxımdan Heydər Əliyev Fondu ilə ICESCO arasında mədəniyyət, elm, təhsil və yeni texnologiyaların inkişafı sahələrində təcrübə mübadiləsini, birgə layihələrin icrasını nəzərdə tutan memorandumun, o cümlədən Burkina-Faso və Nigerin üç regionunda münaqişədən zərər çəkmiş qadınların imkanlarının genişləndirilməsi və sosial inklüzivlik istiqamətində layihələrə dair 2025-ci ildə imzalanmış sazişin əhəmiyyəti vurğulanıb.

Görüşdən sonra Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair saziş imzalanıb. Saziş bir sıra mühüm layihələrin həyata keçirilməsini nəzərdə tutur. Bu layihələrdən biri “Natəvan Mədəni İrs Mükafatı”nın (Natavan Heritage Excellence Award) növbəti təqdimatının keçirilməsi ilə bağlıdır. Heydər Əliyev Fondunun və ICESCO-nun birgə təsis etdiyi “Natəvan Mədəni İrs Mükafatı” maddi irsin qorunması və idarə edilməsi sahəsində qabaqcıl təcrübəni bölüşmək, təşviq etmək məqsədi daşıyır.
 

Yeni saziş üzrə əməkdaşlığın digər istiqaməti “Qərbi Afrikada mədəniyyət və inkişaf vasitəsilə sülh” adlı regional layihənin həyata keçirilməsidir. Toqo, Burkina-Faso, Niger, Benin və Kot-d’İvuarı əhatə edəcək layihə mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi, mədəni irsin qorunması, institusional və peşəkar potensialın gücləndirilməsi, habelə gənclərin və qadınların proseslərə fəal cəlb olunmasına yönələcək.


Həmçinin 2025-ci ildə Bakıda təqdimatı olmuş İslam dünyasında süni intellekt indeksinin (AI Index) davam etdirilməsi nəzərdə tutulur. Bu istiqamətdə əldə olunan nəticələrin müzakirəsi və İslam dünyası ölkələri arasında süni intellekt sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə nazirlər səviyyəsində görüşün keçirilməsi planlaşdırılır.

Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO - foto 1
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO - foto 2
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO - foto 3
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO - foto 4
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO - foto 5

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana GƏTİRİLDİ

Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana GƏTİRİLDİ

Saxta bilet satışı ilə bağlı vətəndaşlara XƏBƏRDARLIQ EDİLDİ - FOTO

Saxta bilet satışı ilə bağlı vətəndaşlara XƏBƏRDARLIQ EDİLDİ - FOTO

ABŞ Şimali Koreyaya İT sahəsindəki fırıldaqçılığa görə sanksiyalar TƏTBİQ ETDİ

ABŞ Şimali Koreyaya İT sahəsindəki fırıldaqçılığa görə sanksiyalar TƏTBİQ ETDİ

Şəmkirdə qonşular arasında dava qanla bitdi - 67 yaşlı kişi həyatını itirdi

Şəmkirdə qonşular arasında dava qanla bitdi - 67 yaşlı kişi həyatını itirdi

ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatı olub - FOTO

ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatı olub - FOTO

Neymarın cəzası bəlli oldu

Neymarın cəzası bəlli oldu

Netanyahunun siyasi gələcəyini nə müəyyən edəcək? - İsraildə seçkidən sonrakı MƏNZƏRƏ

Netanyahunun siyasi gələcəyini nə müəyyən edəcək? - İsraildə seçkidən sonrakı MƏNZƏRƏ

Rusiya Ermənistandan açıq şəkildə üzr TƏLƏB ETDİ

Rusiya Ermənistandan açıq şəkildə üzr TƏLƏB ETDİ

Avtomobilin ön şüşəsindəki qara nöqtələr nə üçündür?

Avtomobilin ön şüşəsindəki qara nöqtələr nə üçündür?

Sürücülərin NƏZƏRİNƏ: Sabah bu yollar bağlanacaq

Sürücülərin NƏZƏRİNƏ: Sabah bu yollar bağlanacaq

Əl-qoluna yiyə dura bilməyən sürücülər: 1000 manata qədər cərimələnə bilərsiniz!

Əl-qoluna yiyə dura bilməyən sürücülər: 1000 manata qədər cərimələnə bilərsiniz!

Azərbaycan millisi Cəbəllütariqə QALİB GƏLDİ

Azərbaycan millisi Cəbəllütariqə QALİB GƏLDİ

Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

Ağ zolaq YAXINLAŞIR: Çətinlikləri geridə qoyacaq bürclər

Ağ zolaq YAXINLAŞIR: Çətinlikləri geridə qoyacaq bürclər

Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

ChatGPT-nin məsləhətləri qadının ölümünə səbəb oldu - Dəhşətli İDDİA - FOTO

ChatGPT-nin məsləhətləri qadının ölümünə səbəb oldu - Dəhşətli İDDİA - FOTO

Azərbaycan Somali ilə mədəniyyət sahəsində əməkdaşlığı genişləndirir - FOTO

Azərbaycan Somali ilə mədəniyyət sahəsində əməkdaşlığı genişləndirir - FOTO

İspaniyada qatar qəzasında ölənlərin sayı 68-ə çatdı, aralarında eks-nazir də var - VİDEO

İspaniyada qatar qəzasında ölənlərin sayı 68-ə çatdı, aralarında eks-nazir də var - VİDEO

Güclü yağışa görə matç TƏXİRƏ SALINDI

Güclü yağışa görə matç TƏXİRƏ SALINDI

Neft və qaz bahalaşır: Dünya Bankından XƏBƏRDARLIQ

Neft və qaz bahalaşır: Dünya Bankından XƏBƏRDARLIQ

Rəsmi Bakı İspaniyaya başsağlığı verdi - FOTO

Rəsmi Bakı İspaniyaya başsağlığı verdi - FOTO

Leyla Əliyeva və Arzu Əliyevadan həssas qruplara xüsusi diqqət - FOTO

Leyla Əliyeva və Arzu Əliyevadan həssas qruplara xüsusi diqqət - FOTO

Füzulidə yeniyetmənin ŞOK QİSASI: Atasına görə 86 minlik malı YANDIRDI

Füzulidə yeniyetmənin ŞOK QİSASI: Atasına görə 86 minlik malı YANDIRDI

Pərviz Abubəkirov İŞDƏN ÇIXARILDI

Pərviz Abubəkirov İŞDƏN ÇIXARILDI

End of content

No more pages to load

RADİO