Erməni faşizminin cəzasız qalan rəhbərləri və Azərbaycanın ƏDALƏT DƏRSİ

Məlum olduğu kimi, oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə çıxış edərək qlobal və regional mövzularda mühüm mesajlar verib.

Dövlətimizin başçısı çıxışında Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, işğalçı siyasətin siyasi məsuliyyəti və Azərbaycanın qələbədən sonrakı mövqeyinə də xüsusi yer verib.
 

MÖVZU İLƏ BAĞLI:

Rəsmi Bakı AQEM-in Zirvə Görüşünün əsas nəticələrini AÇIQLADI - FOTO


Ermənistanın keçmiş rəhbərləri məsuliyyətdən kənarda qalmamalıdır

Prezident İlham Əliyev Ermənistanın keçmiş prezidentləri Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sarkisyanın məsuliyyəti məsələsinə toxunaraq bildirib:

“Ermənistanın əvvəlki rəhbərliyi – Ermənistanın hər üç keçmiş prezidenti və onların tərəfdarları, bu müharibə cinayətkarları və uşaq qatilləri hələ də layiq olduqları cəzanı almayıblar”.

Bu fikirlər Azərbaycana qarşı həyata keçirilən təcavüzkar siyasətin məsuliyyətinin birbaşa Ermənistan hakimiyyətinin üzərində olduğunun mesajı idi. Çünki Azərbaycan torpaqlarının işğalı, azərbaycanlıların öz doğma yurdlarından qovulması, şəhər və kəndlərin dağıdılması məhz həmin canilərin siyasi kursunun nəticəsi idi. Köçəryan və Sarkisyan isə birbaşa döyüş əməliyyatlarında iştirak etmiş müharibə cinayətkarlarıdır.

Üstəlik, Ermənistanda hakimiyyətlərin dəyişməsi də həmin siyasətin mahiyyətini dərhal dəyişmədi. Paşinyan hakimiyyətə gəldikdən sonra da sələflərinin yolunu gedərək, oxşar ritorikadan çıxış etdi. Prezident İlham Əliyev bu məqamı çıxışında xüsusi vurğuladı:

“Ermənistanın hazırkı rəhbərliyi 2018-ci ildən etibarən sələflərinin cinayətkar siyasətini davam etdirmişdir”.

Nikol Paşinyanın 2019-cu ildə Xankəndidə səsləndirdiyi “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı, eləcə də həmin dövrdə Ermənistanın hərbi rəhbərliyindən gələn təhdidlər faktiki olaraq danışıqlar prosesinə son qoydu. Paşinyanın bu yanaşması göstərirdi ki, Ermənistanda yeni hakimiyyətin formalaşması özlüyündə işğalçı siyasətdən imtina demək deyil.

Beynəlxalq ictimaiyyətin uzun illər bu proseslərə təsirli münasibət göstərməməsi də münaqişənin uzanmasına şərait yaratdı. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə 27 il icrasız qaldı.

Bakıda qurulan Nürnberq tribunalı
 

Prezidentin çıxışında diqqət çəkən əsas məqamlardan biri də Qarabağda separatçı qurumun keçmiş rəhbərlərinin məhkəmə prosesinin tarixi əhəmiyyətinə dair qiymətləndirmə idi:


“Bu, mahiyyətinə və formasına görə Nürnberq tribunalının analoqu idi. Lakin bu dəfə müttəhimlər kürsüsündə erməni faşistləri oturmuşdular”.

Nürnberq tribunalı İkinci Dünya müharibəsindən sonra nasist Almaniyasının rəhbər şəxslərinin beynəlxalq cinayətlərə görə mühakimə olunması ilə tarixə düşüb. Həmin məhkəmənin əsas prinsiplərindən biri siyasi və hərbi liderlərin törətdikləri cinayətlərə görə cavab verməsi idi. Bu nümunə hüquqi presedent kimi tarixə əhəmiyyətə malikdir.

Ona görə də Prezidentin Bakıdakı məhkəmə prosesini Nürnberq tribunalı ilə müqayisə etməsi də məhz bu prinsipə diqqət çəkir. Çünki uzun illər davam edən işğal, mülki əhaliyə qarşı cinayətlər və separatçılıq fəaliyyəti hüquqi qiymətini almalı idi. Bu tarixi ədalətin bərpası baxımından mühüm əhəmiyyətə malikdir.

Burada mühüm məqam ondan ibarətdir ki, ədalətin bərpası yalnız siyasi bəyanatlarla deyil, məhkəmə prosedurları vasitəsilə həyata keçirilməlidir.

Müharibədən sonrakı reallıqlar
 

Prezidentin çıxışında səsləndirdiyi digər fikir müharibədən əvvəlki təhdidlərlə bugünkü reallıq arasındakı fərqi açıq şəkildə ifadə etdi:


“Tanklarda gəlib Bakını işğal edəcəkləri və burada çay içəcəkləri ilə bizi təhdid edənlər bu gün Azərbaycan çayını bizim həbsxanalarda içirlər. Onların tankları isə Hərbi Qənimətlər Parkında nümayiş olunur”.

Bu fikirlər Azərbaycanın hərbi qələbəsinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Çünki Azərbaycan II Dünya Müharibəsindən sonra mütləq qələbə qazanaraq münaqişəyə birdəfəlik son qoyan nadir ölkələrdən biri kimi tarixə adını yazdırmağı bacarıb.

Azərbaycan qisasçılıq yolunu seçmədi

Prezident İlham Əliyevin çıxışının ən mühüm istiqamətlərindən biri Azərbaycanın qələbədən sonra seçdiyi davranış modeli ilə bağlı idi.

“Biz müharibədə qalib gəldik, işğalçıları torpaqlarımızdan qovduq. Lakin 30 illik əzablar, soyqırımı, şəhər və kəndlərimizin dağıdılmasına görə onlardan qisas almadıq. Biz döyüş meydanında qisas aldıq və Ermənistana sülh təklif etdik”, - deyə Dövlətimizin başçısı qeyd edib.
 

Azərbaycan xalqı 30 il ərzində işğalın ağır nəticələri ilə üzləşdi. Bir milyona yaxın azərbaycanlı doğma yurdlarından didərgin salındı, yaşayış məntəqələri dağıdıldı, tarixi və dini abidələrimiz məhv edildi. Bu faciələr milli yaddaşımızda silinməz izlər buraxdı. Təbii ki, bu müsibətlər heç vaxt unudulmayacaq. Bütün bunlara baxmayaraq, Azərbaycan qələbədən sonra mülki əhaliyə qarşı qisasçılıq siyasəti yürütmək yolunu seçmədi.


Prezidentin çıxışında səsləndirdiyi “Biz artıq məğlub vəziyyətdə olana zərbə endirməmişik. Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik” fikirləri də Azərbaycanla Ermənistan arasında mənəvi fərqi ortaya qoydu.

Azərbaycan özünə qarşı törədilən əməlləri təkrarlamaqla deyil, dövlət suverenliyini bərpa etməklə və məsuliyyət məsələsini hüquqi müstəvidə saxlamaqla öz böyüklüyünü nümayiş etdirdi.

Çünki qisasçılıqla ədalət arasında ciddi fərq var. Ədalət cinayətlərin araşdırılmasını və təqsirkarların qanun qarşısında cavab verməsini tələb edir. Qisasçılıq isə yeni zorakılıq dövrü yaradır, səni də düşmənin səviyyəsinə endirir.

Qələbədən sülhə aparan yol

Prezident İlham Əliyevin AQEM Zirvə Görüşündəki çıxışı göstərir ki, Azərbaycan münaqişənin nəticələrini yalnız hərbi qələbə prizmasından qiymətləndirmir. Azərbaycan öz suverenliyini bərpa edib və Ermənistanla sülh şəraitində yaşamağın tərəfdarı olduğunu bəyan edib. İndi əsas məsələ regionun inkişafı, dövlətlərin ərazi bütövlüyünə hörmət əsasında davamlı sülhün təmin edilməsidir.

Bizim.Media-nın analitik qrupu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İşsiz qadınların sayı kişilərdən çoxdur - STATİSTİKA

İşsiz qadınların sayı kişilərdən çoxdur - STATİSTİKA

Hərbçilərin maaşı ilə bağlı ŞAD XƏBƏR

Hərbçilərin maaşı ilə bağlı ŞAD XƏBƏR

Azərbaycanın standartlaşdırma sistemində yeni mərhələ başlayır

Azərbaycanın standartlaşdırma sistemində yeni mərhələ başlayır

ADY sədri Qazaxıstanda “New Silk Way” biznes-forumunda – FOTO

ADY sədri Qazaxıstanda “New Silk Way” biznes-forumunda – FOTO

Elektron xidmətlərlə bağlı YENİ QAYDALAR

Elektron xidmətlərlə bağlı YENİ QAYDALAR

Qubada bir neçə bələdiyyənin adı dəyişdirilir

Qubada bir neçə bələdiyyənin adı dəyişdirilir

Rusiya onu Azərbaycana təhvil verdi

Rusiya onu Azərbaycana təhvil verdi

Buğda ucuzlaşdı

Buğda ucuzlaşdı

Azərbaycanda əməkhaqları ARTDI

Azərbaycanda əməkhaqları ARTDI

Hüquq-mühafizə orqanları əməkdaşlarının maddi təminatı ilə bağlı normalar TƏKMİLLƏŞDİRİLİR

Hüquq-mühafizə orqanları əməkdaşlarının maddi təminatı ilə bağlı normalar TƏKMİLLƏŞDİRİLİR

Ən çox hansı sahə üzrə dövlət standartı qəbul edilib? – RƏSMİ AÇIQLAMA

Ən çox hansı sahə üzrə dövlət standartı qəbul edilib? – RƏSMİ AÇIQLAMA

Bu il Azərbaycanda neçə nəfər dünyasını dəyişib?

Bu il Azərbaycanda neçə nəfər dünyasını dəyişib?

Hərbçilərin pensiyası ilə bağlı YENİLİK

Hərbçilərin pensiyası ilə bağlı YENİLİK

Bu il doğulan əkiz və üçəmlərin SAYI

Bu il doğulan əkiz və üçəmlərin SAYI

Azərbaycanda nikahların və boşanmaların SAYI AZALIB

Azərbaycanda nikahların və boşanmaların SAYI AZALIB

Dövlət qulluqçularının NƏZƏRİNƏ – Pensiya əlavələri yeni qaydada hesablanacaq

Dövlət qulluqçularının NƏZƏRİNƏ – Pensiya əlavələri yeni qaydada hesablanacaq

Azərbaycan əhalisinin sayı AÇIQLANDI

Azərbaycan əhalisinin sayı AÇIQLANDI

“Dövlət qulluğu sertifikatı”nın qüvvədə olma müddəti AZALDILIR

“Dövlət qulluğu sertifikatı”nın qüvvədə olma müddəti AZALDILIR

Kral ailəsinin gəlininin şok görüntüləri üzə çıxdı – Video

Kral ailəsinin gəlininin şok görüntüləri üzə çıxdı – Video

15 yaşlı oğlan dayısı arvadını əxlaqsız təklifini rədd etdiyi üçün öldürübmüş

15 yaşlı oğlan dayısı arvadını əxlaqsız təklifini rədd etdiyi üçün öldürübmüş

Milli Məclisdən Prezident və birinci xanıma TƏBRİK MƏKTUBU

Milli Məclisdən Prezident və birinci xanıma TƏBRİK MƏKTUBU

ANAİB-in hesabat-seçki iclası - Şəmil Sadiq yenidən sədr seçildi – FOTO

ANAİB-in hesabat-seçki iclası - Şəmil Sadiq yenidən sədr seçildi – FOTO

“Netanyahuya inanırsınızmı” sualına Trampdan gözlənilməz cavab – VİDEO

“Netanyahuya inanırsınızmı” sualına Trampdan gözlənilməz cavab – VİDEO

Milli Məclisin iclası başladı – Hansı məsələlər müzakirə olunur?

Milli Məclisin iclası başladı – Hansı məsələlər müzakirə olunur?

End of content

No more pages to load

RADİO