ABŞ Prezidenti Donald Tramp İsraildə keçiriləcək Knesset seçkilərində Baş nazir Benyamin Netanyahunun seçki kampaniyasını dəstəkləməkdən imtina edib.
Bizim.Media xəbər verir ki, ABŞ lideri "Newsmax" telekanalına verdiyi müsahibədə bu barədə danışıb.
"Onlar mənim dəstək verməyimi istəyərdilər," — deyən ABŞ lideri siyasət aləminə inamsızlığını vurğulayıb.
Jurnalistin “Netanyahuya inanırsınızmı” sualına isə Tramp belə cavab verib:
"Səmimi deyim ki, mən heç kimə etibar etmirəm. Heç kimə inanmıram. Siyasət dünyasında heç kimə etibarım yoxdur".
Tramp həmçinin İsrail xalqı arasında böyük nüfuza sahib olduğunu bildirib. O iddia edib ki, əgər İsraildə baş nazir postuna namizədliyini irəli sürsəydi, əhalinin 99%-i ona səs verərdi.
Bizim.Media