ADY sədri Qazaxıstanda “New Silk Way” biznes-forumunda – FOTO

Azərbaycan Dəmir Yollarının (ADY) sədri Rövşən Rüstəmov Qazaxıstana səfəri çərçivəsində 8-ci “Yeni İpək Yolu” (“New Silk Way”) biznes-forumunda iştirak edib.

Bizim.Media xəbər verir ki, “Rəqəmsal İpək Yolu: Süni intellekt və logistikanın qabaqcıl texnologiyaları” mövzusunda keçirilmiş forumda rəqəmsal transformasiyanın nəqliyyat-logistika sektoruna təsiri, süni intellektin tətbiqi və müasir texnologiyaların beynəlxalq yükdaşımaların səmərəliliyinin artırılmasındakı rolu diqqət mərkəzində olub.

ADY sədri həmçinin forumun tərkib hissəsi kimi təşkil olunmuş və Azərbaycan Dəmir Yollarının ayrıca stendlə iştirak etdiyi “TransLogistica Kazakhstan 2026” beynəlxalq sərgisini ziyarət edib, burada təqdim olunan qabaqcıl nəqliyyat-logistika həll və texnologiyaları ilə tanış olub.

Eyni zamanda, forum çərçivəsində ADY və AZCON rəhbər heyətlərinin “Qazaxıstan Dəmir Yolları” Milli Şirkəti SC-nin İdarə Heyətinin sədri Eljas Otınşiyevlə görüşü keçirilib.

Görüşdə iki ölkənin dəmir yolu şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi, Orta Dəhlizin inkişafı, tranzit daşımalarının həcminin artırılması və rəqəmsal həllərin tətbiqi imkanları müzakirə olunub.
 

Bundan başqa, ADY sədri Rövşən Rüstəmov “Özbəkistan Dəmir Yolları” SC-nin İdarə Heyətinin sədri Zufar Narzullayevlə görüşüb. Müzakirələr dəmir yolu nəqliyyatı sahəsində regional əməkdaşlığın gücləndirilməsi, beynəlxalq nəqliyyat dəhlizlərinin imkanlarından daha səmərəli istifadə və yükdaşımalar üzrə koordinasiyanın təkmilləşdirilməsi kimi məsələləri əhatə edib.


Görüşlərdə Azərbaycan, Qazaxıstan və Özbəkistanın tranzit potensialının əlaqələndirilməsinin, dəmir yolu infrastrukturu və logistika xidmətlərinin inkişaf etdirilməsinin, eləcə də rəqəmsal məlumat mübadiləsinin təkmilləşdirilməsinin regional nəqliyyat bağlantılarının gücləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsrail Prezidenti bilet alaraq Azərbaycana səfər edib

İsrail Prezidenti bilet alaraq Azərbaycana səfər edib

Hindistanın yeni səfiri İlham Əliyevin QƏBULUNDA – FOTO

Hindistanın yeni səfiri İlham Əliyevin QƏBULUNDA – FOTO

Anar Tahirov Mətbuat Şurası İdarə Heyətinin ÜZVÜ SEÇİLDİ

Anar Tahirov Mətbuat Şurası İdarə Heyətinin ÜZVÜ SEÇİLDİ

SON DƏQİQƏ! Azərbaycanda iş saatları AZALDILA BİLƏR

SON DƏQİQƏ! Azərbaycanda iş saatları AZALDILA BİLƏR

Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanıldı – FOTO

Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanıldı – FOTO

Ayın radiusu 45 metr kiçilib

Ayın radiusu 45 metr kiçilib

Güclü külək əsəndə bəzi işlər dayandırılacaq – QANUN DƏYİŞİR

Güclü külək əsəndə bəzi işlər dayandırılacaq – QANUN DƏYİŞİR

Azərbaycan dünya bazarına "Halal" standartı ilə ÇIXACAQ

Azərbaycan dünya bazarına "Halal" standartı ilə ÇIXACAQ

Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi formalaşdırıldı – ADLAR

Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi formalaşdırıldı – ADLAR

Azərbaycanda yeni dövlət standartları QƏBUL EDİLƏCƏK – RƏSMİ

Azərbaycanda yeni dövlət standartları QƏBUL EDİLƏCƏK – RƏSMİ

Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri SEÇİLDİ

Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri SEÇİLDİ

Rusiyada indi də kütləvi canavar axını BAŞLADI: İnsanlara hücum edirlər – VİDEO

Rusiyada indi də kütləvi canavar axını BAŞLADI: İnsanlara hücum edirlər – VİDEO

Bu şəxslərə xüsusi rütbələr VERİLƏCƏK

Bu şəxslərə xüsusi rütbələr VERİLƏCƏK

Banklarla bağlı YENİLİK - Vəsaiti vaxtından əvvəl əldə etmək mümkün olacaq

Banklarla bağlı YENİLİK - Vəsaiti vaxtından əvvəl əldə etmək mümkün olacaq

İşsiz qadınların sayı kişilərdən çoxdur - STATİSTİKA

İşsiz qadınların sayı kişilərdən çoxdur - STATİSTİKA

Hərbçilərin maaşı ilə bağlı ŞAD XƏBƏR

Hərbçilərin maaşı ilə bağlı ŞAD XƏBƏR

Azərbaycanın standartlaşdırma sistemində yeni mərhələ başlayır

Azərbaycanın standartlaşdırma sistemində yeni mərhələ başlayır

ADY sədri Qazaxıstanda “New Silk Way” biznes-forumunda – FOTO

ADY sədri Qazaxıstanda “New Silk Way” biznes-forumunda – FOTO

Elektron xidmətlərlə bağlı YENİ QAYDALAR

Elektron xidmətlərlə bağlı YENİ QAYDALAR

Qubada bir neçə bələdiyyənin adı dəyişdirilir

Qubada bir neçə bələdiyyənin adı dəyişdirilir

Rusiya onu Azərbaycana təhvil verdi

Rusiya onu Azərbaycana təhvil verdi

Buğda ucuzlaşdı

Buğda ucuzlaşdı

Azərbaycanda əməkhaqları ARTDI

Azərbaycanda əməkhaqları ARTDI

Hüquq-mühafizə orqanları əməkdaşlarının maddi təminatı ilə bağlı normalar TƏKMİLLƏŞDİRİLİR

Hüquq-mühafizə orqanları əməkdaşlarının maddi təminatı ilə bağlı normalar TƏKMİLLƏŞDİRİLİR

End of content

No more pages to load

RADİO