ANAİB-in hesabat-seçki iclası - Şəmil Sadiq yenidən sədr seçildi – FOTO

Azərbaycan Nəşriyyatlar Assosiasiyasının (ANAİB) ikiillik fəaliyyət hesabatının dinlənilməsi və İdarə Heyətinin yenidən seçilməsi ilə bağlı hesabat-seçki iclası keçirilib.

Bizim.Media xəbər verir ki, iclasda əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

ANAİB-in İdarə Heyətinin sədri Şəmil Sadiq ikiillik fəaliyyət hesabatını təqdim edərək həyata keçirilən layihələr, görülən işlər və əldə olunan nəticələr barədə məlumat verib.

Bildirilib ki, altı illik fəaliyyəti ərzində Assosiasiya Azərbaycanda kitab və nəşriyyat sektorunun inkişafına mühüm töhfələr verib. Bu müddətdə Bakı, bölgələr və xarici ölkələrdə 30-dan çox kitab sərgisi təşkil olunub, yeni nəşrlərin çapı və satışına hərtərəfli dəstək göstərilib. Görülən işlər nəticəsində bir milyondan artıq oxucuya çatmaq mümkün olub.

Daha sonra Nəzarət-Təftiş Komitəsinin hesabatı dinlənilib və İdarə Heyətinə seçkilər keçirilib.

Seçkilərin nəticələrinə əsasən, Şəmil Sadiq yenidən ANAİB-in İdarə Heyətinin sədri seçilib. Nurman Şahmərdanov katib, Veysəl Məmmədov, Fatimə Alxaz, Səbuhi Şahmursoy və Mübariz Həsənov isə İdarə Heyətinin üzvləri seçiliblər.
 

İclasda Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, professor Qulu Məhərrəmli, deputat Elçin Mirzəbəyli, Mədəniyyət Nazirliyinin şöbə müdiri Vasif Qurbanzadə, sektor müdiri Xəyal Məmmədov, eləcə də naşirlər və yazarlar iştirak ediblər.


Tədbirdə ANAİB-in gələcək fəaliyyət istiqamətləri, nəşriyyat sektorunun inkişafı, kitab nəşrinin və satışının genişləndirilməsi, oxu mədəniyyətinin təşviqi ilə bağlı məsələlər də müzakirə olunub.
















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi formalaşdırıldı – ADLAR

Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi formalaşdırıldı – ADLAR

Azərbaycanda yeni dövlət standartları QƏBUL EDİLƏCƏK – RƏSMİ

Azərbaycanda yeni dövlət standartları QƏBUL EDİLƏCƏK – RƏSMİ

Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri SEÇİLDİ

Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri SEÇİLDİ

Rusiyada indi də kütləvi canavar axını BAŞLADI: İnsanlara hücum edirlər – VİDEO

Rusiyada indi də kütləvi canavar axını BAŞLADI: İnsanlara hücum edirlər – VİDEO

Bu şəxslərə xüsusi rütbələr VERİLƏCƏK

Bu şəxslərə xüsusi rütbələr VERİLƏCƏK

Banklarla bağlı YENİLİK - Vəsaiti vaxtından əvvəl əldə etmək mümkün olacaq

Banklarla bağlı YENİLİK - Vəsaiti vaxtından əvvəl əldə etmək mümkün olacaq

İşsiz qadınların sayı kişilərdən çoxdur - STATİSTİKA

İşsiz qadınların sayı kişilərdən çoxdur - STATİSTİKA

Hərbçilərin maaşı ilə bağlı ŞAD XƏBƏR

Hərbçilərin maaşı ilə bağlı ŞAD XƏBƏR

Azərbaycanın standartlaşdırma sistemində yeni mərhələ başlayır

Azərbaycanın standartlaşdırma sistemində yeni mərhələ başlayır

ADY sədri Qazaxıstanda “New Silk Way” biznes-forumunda – FOTO

ADY sədri Qazaxıstanda “New Silk Way” biznes-forumunda – FOTO

Elektron xidmətlərlə bağlı YENİ QAYDALAR

Elektron xidmətlərlə bağlı YENİ QAYDALAR

Qubada bir neçə bələdiyyənin adı dəyişdirilir

Qubada bir neçə bələdiyyənin adı dəyişdirilir

Rusiya onu Azərbaycana təhvil verdi

Rusiya onu Azərbaycana təhvil verdi

Buğda ucuzlaşdı

Buğda ucuzlaşdı

Azərbaycanda əməkhaqları ARTDI

Azərbaycanda əməkhaqları ARTDI

Hüquq-mühafizə orqanları əməkdaşlarının maddi təminatı ilə bağlı normalar TƏKMİLLƏŞDİRİLİR

Hüquq-mühafizə orqanları əməkdaşlarının maddi təminatı ilə bağlı normalar TƏKMİLLƏŞDİRİLİR

Ən çox hansı sahə üzrə dövlət standartı qəbul edilib? – RƏSMİ AÇIQLAMA

Ən çox hansı sahə üzrə dövlət standartı qəbul edilib? – RƏSMİ AÇIQLAMA

Bu il Azərbaycanda neçə nəfər dünyasını dəyişib?

Bu il Azərbaycanda neçə nəfər dünyasını dəyişib?

Hərbçilərin pensiyası ilə bağlı YENİLİK

Hərbçilərin pensiyası ilə bağlı YENİLİK

Bu il doğulan əkiz və üçəmlərin SAYI

Bu il doğulan əkiz və üçəmlərin SAYI

Azərbaycanda nikahların və boşanmaların SAYI AZALIB

Azərbaycanda nikahların və boşanmaların SAYI AZALIB

Dövlət qulluqçularının NƏZƏRİNƏ – Pensiya əlavələri yeni qaydada hesablanacaq

Dövlət qulluqçularının NƏZƏRİNƏ – Pensiya əlavələri yeni qaydada hesablanacaq

Azərbaycan əhalisinin sayı AÇIQLANDI

Azərbaycan əhalisinin sayı AÇIQLANDI

“Dövlət qulluğu sertifikatı”nın qüvvədə olma müddəti AZALDILIR

“Dövlət qulluğu sertifikatı”nın qüvvədə olma müddəti AZALDILIR

End of content

No more pages to load

RADİO