Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ən varlı ailələrindən olan Əbu-Dabi monarxiya sülaləsinin gəlini, ailədən qovulmuş 32 yaşlı Mahra Əl Nəhyan Londonda küçədə huşsuz vəziyyətdə tapılıb.
Bizim.Media "Times of London" nəşrinə istinadən xəbər verir ki, hadisə iyun ayında baş versə də, şok edici təfərrüatlar və görüntülər yalnız indi ictimaiyyətə açıqlanıb.
Qeyd olunur ki, yoldan keçən sakinlər Mahranı səki kənarında, çılpaq ayaqla və dəmir məhəccərə söykənmiş halda huşsuz tapıblar. Onun yanında isə arxası üstə uzanmış naməlum bir kişi olub.
Ərazidə diqqət çəkən başqa bir məqam isə gur nəqliyyat hərəkəti olan yolun kənarında balaca bir uşağın təkbaşına oynaması olub.
Polis əməkdaşları gələnədək sakinlər uşağın yanında gözləyiblər. Şəhzadənin həmin 3 yaşlı uşaqla hansı qohumluq əlaqəsinin olduğu hələlik rəsmən açıqlanmır.
Polis bölməsinə aparılan şahzadə yalnız sorğu-sual başladıqdan yarım saat sonra bir neçə kəlmə danışa bilib. Qanında qadağan olunmuş maddələr təsbit edilən Mahra Əl Nəhayyan günlərdir narkotik vasitə qəbul etdiyini etiraf edib.
Qeyd edək ki, Əbu-Dabi hakim ailəsinin ümumi varidatı 300 milyard dollar dəyərində qiymətləndirilir və dünya üzrə ən zəngin sülalələrdən biri sayılır. Mahra Əl Nəhyanın vəkili Stiven Vullo bildirib ki, müvəkkili uşağa qarşı laqeydlik göstərmək ittihamını qəbul edib və hazırda reabilitasiya klinikasında narkotik asılılığından müalicə alır. Məhkəməyə onun hər ay təxminən 10 500 dollar müavinət aldığı bildirilib. Məhkəmənin qərarı ilə ona 8 min dollara yaxın cərimə kəsilib.
Bizim.Media