2026-cı ilin yanvar-avqust ayları ərzində ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən illə müqayisədə 7.2 faiz artaraq 1173 manat olub.
Bizim.Media Statistika Komitəsinə istinadla xəbər verir ki, əməkhaqqı neft-qaz sektorunda 4396.8 manat, qeyri-neft sektorunda isə 1115.1 manat təşkil edib.
Dövlət müəssisələrindəki işçilərin əməkkhaqqı 1168.1 manat, özəl müəssisələrdə isə 1177.7 manata çatıb.
Bizim.Media