Azərbaycan jurnalistlərinin IX qurultayının iştirakçılarından Prezidentə MÜRACİƏT

Azərbaycan jurnalistlərinin IX qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb.

Bizim.Media xəbər verir ki, sənədin mətnini jurnalist Seyfəddin Hüseynli oxuyub.

Müraciətdə deyilir:

"Möhtərəm cənab Prezident!

Sizi Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları olaraq dərin hörmətlə salamlayırıq.
 

Azərbaycan jurnalistikası ilk gündən xalqımızın maariflənməsinə, milli özünüdərkin, vətənpərvərlik şüurunun, müstəqillik amalının formalaşmasına və möhkəmlənməsinə xidmət etmişdir. Böyük fədakar maarifçi Həsən bəy Zərdabinin əsasını qoyduğu milli mətbuat cəmiyyətimizin tərəqqisi, xalqımızın ali dəyərlər ətrafında birləşərək aydın gələcək inşa etməsi naminə yorulmadan çalışmışdır.


Ümummilli Liderimiz Heydər Əliyev azad sözü demokratik dövlət quruculuğunun mühüm dayağı hesab edərək, medianın ictimai rolunu yüksək qiymətləndirmiş və onun inkişafına xüsusi diqqət göstərmişdir. Sizin rəhbərliyinizlə bu müdrik siyasi xətt yeni parlaq məzmun və daha çevik inkişaf ahəngi qazanmışdır. Medianın imkanlarının genişləndirilməsi, jurnalistlərin peşəkarlığının və sosial müdafiəsinin gücləndirilməsi yolundakı irəliləyişlər də bu inkişafın bariz göstəricisidir. İnanırıq ki, bu istiqamətdə həyata keçirilən davamlı islahatlar Azərbaycan mediasının peşəkarlıq səviyyəsini və beynəlxalq nüfuzunu daha da yüksəldəcəkdir.

Möhtərəm cənab Prezident!

Azərbaycanın milli maraqlarının qətiyyətlə müdafiəsi və müstəqil mövqeyinin bütün platformalarda uğurla ifadə olunması müasir mərhələdə jurnalistlərimizin də qarşısına mühüm vəzifələr qoyur. Dövlətimizin uğurlu siyasətini, müstəqil inkişaf yolumuzu, müasir qüdrətli Azərbaycana dair həqiqətləri düzgün təqdim etməyi biz həm ümdə peşə borcumuz, həm də vətəndaşlıq məsuliyyətimizin tələbi sayırıq.

Bütün çıxışlarınız kimi, Yeni Azərbaycan Partiyasının oktyabrın 2-də keçirilmiş VIII Qurultayındakı nitqiniz Azərbaycanın tarixi yolunu, bugünkü hədəflərini və gələcək prioritetlərini vahid mövqedə birləşdirdi və jurnalistikamız üçün də yeni hədəflər müəyyənləşdirdi. İnternetin, kiberhücumların və süni intellektin təsir imkanlarının genişləndiyi dövrdə ideoloji risklərə və informasiya təxribatlarına qarşı mübarizə barədə fikirləriniz media üçün mühüm yenilənməyə və daha məqsədyönlü fəaliyyətə çağırışdır.
 

Azərbaycan jurnalistləri doğru məlumatları hər cür manipulyasiyaya çevrilmədən ayırmağın, ictimai fikirdə çaşqınlığa yol verməməyin və informasiya təhlükəsizliyinə xidmət göstərməyin məsuliyyətini aydın şəkildə dərk edirlər.


Möhtərəm cənab Prezident!

Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları bəyan edirlər ki, dövlət müstəqilliyimizin qorunması, milli birliyimizin möhkəmləndirilməsi və həqiqətlərimizin dünyaya obyektiv çatdırılması üçün bundan sonra da peşəkarlıqla çalışacaqlar. Jurnalistlərimiz dünyəvilik prinsiplərinin cəmiyyətdə möhkəmlənməsi, ictimai mühitimizə yad təsirlərin qarşısının alınması, tolerantlığın və vətəndaş həmrəyliyinin təşviqi işinə bütün təcrübə və bacarıqları ilə yeni töhfələr verməyə hazırdırlar. Sizi əmin edirik ki, media mənsubları olaraq Azərbaycanın dövlətçilik əsaslarının qorunması və gücləndirilməsi naminə üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün ardıcıl və qətiyyətli səylər göstərəcəyik.

Sizə Azərbaycanın milli-dövlətçilik maraqlarını daim uca tutduğunuza, xalqa təmənnasız xidmət nümunəsi göstərdiyinizə, o cümlədən jurnalistlərə olan yüksək diqqət və qayğınıza görə minnətdarlığımızı bildirir, Vətənimizin tərəqqisi naminə yorulmaz fəaliyyətinizdə yeni uğurlar arzulayırıq.

Uca Tanrı yardımçınız olsun!"

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İşsiz qadınların sayı kişilərdən çoxdur - STATİSTİKA

İşsiz qadınların sayı kişilərdən çoxdur - STATİSTİKA

Hərbçilərin maaşı ilə bağlı ŞAD XƏBƏR

Hərbçilərin maaşı ilə bağlı ŞAD XƏBƏR

Azərbaycanın standartlaşdırma sistemində yeni mərhələ başlayır

Azərbaycanın standartlaşdırma sistemində yeni mərhələ başlayır

ADY sədri Qazaxıstanda “New Silk Way” biznes-forumunda – FOTO

ADY sədri Qazaxıstanda “New Silk Way” biznes-forumunda – FOTO

Elektron xidmətlərlə bağlı YENİ QAYDALAR

Elektron xidmətlərlə bağlı YENİ QAYDALAR

Qubada bir neçə bələdiyyənin adı dəyişdirilir

Qubada bir neçə bələdiyyənin adı dəyişdirilir

Rusiya onu Azərbaycana təhvil verdi

Rusiya onu Azərbaycana təhvil verdi

Buğda ucuzlaşdı

Buğda ucuzlaşdı

Azərbaycanda əməkhaqları ARTDI

Azərbaycanda əməkhaqları ARTDI

Hüquq-mühafizə orqanları əməkdaşlarının maddi təminatı ilə bağlı normalar TƏKMİLLƏŞDİRİLİR

Hüquq-mühafizə orqanları əməkdaşlarının maddi təminatı ilə bağlı normalar TƏKMİLLƏŞDİRİLİR

Ən çox hansı sahə üzrə dövlət standartı qəbul edilib? – RƏSMİ AÇIQLAMA

Ən çox hansı sahə üzrə dövlət standartı qəbul edilib? – RƏSMİ AÇIQLAMA

Bu il Azərbaycanda neçə nəfər dünyasını dəyişib?

Bu il Azərbaycanda neçə nəfər dünyasını dəyişib?

Hərbçilərin pensiyası ilə bağlı YENİLİK

Hərbçilərin pensiyası ilə bağlı YENİLİK

Bu il doğulan əkiz və üçəmlərin SAYI

Bu il doğulan əkiz və üçəmlərin SAYI

Azərbaycanda nikahların və boşanmaların SAYI AZALIB

Azərbaycanda nikahların və boşanmaların SAYI AZALIB

Dövlət qulluqçularının NƏZƏRİNƏ – Pensiya əlavələri yeni qaydada hesablanacaq

Dövlət qulluqçularının NƏZƏRİNƏ – Pensiya əlavələri yeni qaydada hesablanacaq

Azərbaycan əhalisinin sayı AÇIQLANDI

Azərbaycan əhalisinin sayı AÇIQLANDI

“Dövlət qulluğu sertifikatı”nın qüvvədə olma müddəti AZALDILIR

“Dövlət qulluğu sertifikatı”nın qüvvədə olma müddəti AZALDILIR

Kral ailəsinin gəlininin şok görüntüləri üzə çıxdı – Video

Kral ailəsinin gəlininin şok görüntüləri üzə çıxdı – Video

15 yaşlı oğlan dayısı arvadını əxlaqsız təklifini rədd etdiyi üçün öldürübmüş

15 yaşlı oğlan dayısı arvadını əxlaqsız təklifini rədd etdiyi üçün öldürübmüş

Milli Məclisdən Prezident və birinci xanıma TƏBRİK MƏKTUBU

Milli Məclisdən Prezident və birinci xanıma TƏBRİK MƏKTUBU

ANAİB-in hesabat-seçki iclası - Şəmil Sadiq yenidən sədr seçildi – FOTO

ANAİB-in hesabat-seçki iclası - Şəmil Sadiq yenidən sədr seçildi – FOTO

“Netanyahuya inanırsınızmı” sualına Trampdan gözlənilməz cavab – VİDEO

“Netanyahuya inanırsınızmı” sualına Trampdan gözlənilməz cavab – VİDEO

Milli Məclisin iclası başladı – Hansı məsələlər müzakirə olunur?

Milli Məclisin iclası başladı – Hansı məsələlər müzakirə olunur?

End of content

No more pages to load

RADİO