Türkiyədə Azərbaycana qarşı qarayaxma kampaniyası aparanlara TARİX DƏRSİ

Son günlərdə Türkiyənin bəzi media resurslarında, o cümlədən sosial şəbəkə seqmentində Azərbaycana qarşı kütləvi qarayaxma kampaniyası aparılır. İş o həddə gəlib ki, ölkəmizin ünvanına düşmənçilik, xalqımızın ünvanına təhqir mesajlarının əks olunduğu xəbərlər, paylaşımlar tirajlanır.

Bunun üçün ortada hər hansı bir ciddi səbəb yoxdur, yalnız bəhanə var. Bəhanələrlə bağlı isə uzun-uzadı danışmağın mənası yoxdur.

Lakin bu proses fonunda tarixi təcrübəyə nəzər salmaq vacibdir: Azərbaycan Türkiyədən gördüyü ən ağır haqsızlıqları belə heç vaxt Türkiyə xalqına qarşı düşmənçilik kampaniyasına çevirməyib.

Halbuki Azərbaycan tarixində bunun üçün kifayət qədər ciddi əsaslar olub. Ancaq yenə də rəsmi Bakı səbr nümayiş etdirib, problemi sakitcə həll etmək yolunu seçib.

Ulu Öndər Heydər Əliyevə qarşı çevriliş cəhdi

1991-ci ildə Azərbaycan müstəqilliyini əldə edər-etməz tarixi sınaqlarla üz-üzə qaldı. Bir tərəfdə xarici qüvvələrin gücünü arxasına alan Ermənistanın hücumları, bir tərəfdə çökmüş iqtisadiyyat, digər tərəfdən də siyasi hərc-mərclik... 1993-cü ildə Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra siyasi böhrana son qoydu. Atəşkəsin əldə olunması ilə müharibənin aktiv mərhələsi başa çatdı, “Əsrin müqaviləsi”nin imzalanmasından sonra isə iqtisadiyyatımızın tarixi inkişaf mərhələsi başladı.

Azərbaycan yenicə rahat nəfəs almağa başlayanda isə ilk zərbə nə Ermənistan, nə də başqa ölkədən deyil, təəssüflər olsun ki, Türkiyədən gəldi.

Məlum olduğu kimi, 1995-ci ilin mart hadisələri müstəqillik tariximizin ən ağır siyasi böhranlarından biri idi. Rövşən Cavadovun rəhbərlik etdiyi Xüsusi Təyinatlı Polis Dəstəsinin hakimiyyəti silah yolu ilə dəyişmək cəhdi dövlət çevrilişi təhlükəsi yaratmışdı. Həmin çevriliş planının arxasında isə Türkiyənin ovaxtkı liderləri, o cümlədən Milli Kəşfiyyat Təşkilatı (MİT) dayanırdı. Bununla bağlı faktlar Türkiyənin rəsmi mənbələrində, istintaq materiallarında öz əksini tapıb.

Faktların izi ilə...

1996-cı il Milli Kəşfiyyat Təşkilatının məlumatlarında bildirilib ki, Türkiyənin ovaxtkı baş naziri Tansu Çillər, nazir Ayvaz Gökdemir, polis müdiri Mehmet Ağar, İbrahim Şahin və Korkut Ekenə Azərbaycanda çevriliş üçün “yaşıl işıq” yandırıb.

“Susurluluk” materiallarında isə qeyd olunub ki, dövlət çevrilişinə cəhddən cəmi 3 ay əvvəl 12 dekabr 1994-cü ildə Korkut Eken (Türkiyənin Milli Kəşfiyyat Təşkilatı), İbrahim Şahin və Ayxan Çarxın (Türkiyənin Özəl Hərəkat Dairəsi Başkanlığı) və Abdullah Çatlının daxil olduğu qrup Türkiyədən Azərbaycana gəlib. Onların məqsədi OMON-çuları çevriliş üçün hazırlamaq idi. MİT-in gizli antiterror idarəsinin keçmiş rəhbəri Mehmet Eymür də illər əvvəl mətbuata müsahibəsində Çatlı və qrupunun Tansu Çillər hökumətində daxili işlər naziri postunu tutan Mehmet Ağar tərəfindən Azərbaycana göndərildiyini etiraf etmişdi.

Bunlarla yanaşı, R.Cavadov mövcud hakimiyyəti devirdikdən sonra Dövlət Şurası yaratmaqla ölkəni idarə etməyi planlaşdırırdı. Həmin Dövlət Şurasına daxil olması nəzərdə tutulan şəxslərdən biri də Türkiyə vətəndaşı, çevriliş planının əsas kordinatorlarından biri olan Fərman Dəmirqol idi. Lakin çevriliş cəhdi uğursuzluğa düçar olduqdan sonra o, tez-tələsik Azərbaycandan qaçırıldı.

Dəmirqol çıxışlarında çevriliş planında iştirakını, prosesə hazırlığın necə aparıldığından açıq şəkildə etiraf edib. O hakimiyyətin yalnız zor gücü ilə ələ alına biləcəyini, bunun üçün silahlı qruplarının olduğunu qeyd edib.  

Xoşbəxtlikdən, Ulu Öndər Heydər Əliyev çevriliş cəhdindən vaxtında xəbər tutaraq, qəti addımlar atdı. Beləcə həmin çevriliş planı iflasa uğradı, Azərbaycan 1992-1993-cü illərdə yaşadığı fəlakətləri yenidən yaşamaqdan xilas oldu.

Ulu Öndərə qarşı sui-qəsd cəhdi

Qeyd edək ki, çevriliş cəhdi Türkiyənin ovaxtkı hakimiyyəti tərəfindən Ulu Öndər Heydər Əliyevə qarşı hazırlanmış yeganə plan deyildi. 1993-cü ilin sentyabrında da Heydər Əliyevə qarşı sui-qəsdə cəhd edilmişdi. Həmin sui-qəsd cəhdini törədən şəxs də Həsən Toku adlı Türkiyə vətəndaşı idi. O, saxlanılaraq 10 il müddətinə azadlıqdan məhrum edilmiş, 2002-ci ildə isə Heydər Əliyev tərəfindən əfv olunaraq azadlığa buraxılmışdı.

Bütün bu hadisələr Azərbaycanın ən çətin dönəmlərində baş vermişdi. Hansı ki, çətinə düşən ilk qardaşından kömək gözləyir. Xəyanət kömək gözlədiyin yerdən gələndə isə “buna necə cavab verək” sualına cavab tapmaq olduqca çətin olur.

Azərbaycan xəyanəti informasiya şousuna çevirmədi...

Həmin dövrdə də Azərbaycanın qarşısında seçim vardı:

- Bütün bunları Türkiyəyə qarşı böyük siyasi şouya, informasiya kampaniyasına çevirmək və iki xalq arasında düşmənçilik yaratmaq;

- Xəyanəti görməzdən gəlmək və dövlətlərarası münasibətləri qorumaq üçün diplomatik kanallara baş vurmaq.

Rəsmi Bakı ikinci yolu seçdi. Ən əsası, Azərbaycan bu hadisələri heç vaxt Türkiyə xalqına qarşı ittiham kampaniyasına, informasiya şousuna çevirmədi. Azərbaycan Türkiyədəki hakimiyyət nümayəndələrinin hərəkətlərini də bütövlükdə Türkiyə xalqının, dövlətinin mövqeyi kimi təqdim etmədi. Diplomatik kanallar işə salındı, münasibətlər qorundu və iki ölkənin strateji tərəfdaşlığı sonrakı illərdə daha da möhkəmləndi.

Qardaşlığa yaraşan yanaşma da məhz budur: Problemi dünyaya car çəkib, düşmənçiliyi alovlandırmaq yerinə sakitcə həll etmək.

Bəs bu gün nə baş verir?

Hazırda Türkiyənin bəzi media resurslarında və sosial media seqmentində Azərbaycanın illər əvvəl göstərdiyi təmkinə, böyüklüyə tamamilə zidd çirkin manipulyasiya kampaniyası aparılır. Əslində bu kampaniya ilə ilk dəfədir qarşılaşmırıq. Hər dəfə fürsət düşəndə Türkiyədə bəzi qüvvələr bir bəhanə uydurub, kütləvi şəkildə ölkəmizi hədəf alan dezinformasiya kampaniyasını alovlandırırlar.

Əvvəlki dövrlərdə olduğu kimi, indi də kampaniyanın ayrı-ayrı şəxslərin təsadüfi təşəbbüsü deyil, müəyyən əlaqələndirmə və vahid yanaşma əsasında həyata keçirilən məqsədyönlü proses olduğu aydın görünür.

Ən təəssüf doğuran məqam isə bunun ictimai rəyə təsiridir.

ASAL araşdırma şirkətinin 26 şəhərdə 2015 nəfərin iştirakı ilə keçirdiyi avqust ayı üzrə sorğunun nəticələrinə əsasən, respondentlərin 56 faizi Azərbaycanı Türkiyənin dostu hesab edib, 24,5 faizi isə düşmən kimi qiymətləndirib. Müqayisə üçün xatırladaq ki, cəmi 7 ay əvvəl - fevralda aparılan sorğuda Azərbaycanı dost hesab edənlərin payı 66 faiz, düşmən hesab edənlərin payı 20,5 faiz idi.

Deməli, söhbət artıq yalnız sosial şəbəkədəki bir neçə paylaşımdan, yaxud bəzi mətbuat orqanlarının feyk xəbərlərindən getmir. Dezinformasiya kampaniyasının nəticəsi olaraq, Türkiyə cəmiyyətində Azərbaycanı düşmən hesab edənlərin sayı artır. Bu isə iki xalq arasındakı qarşılıqlı etimada açıq şəkildə təsir göstərir.

Türkiyə nə etməlidir?

Türkiyə hazırda 1995-ci ildəki çevriliş planından sonra Azərbaycanın davrandığı kimi davranmır. Bunun nəticəsidir ki, qarayaxma kampaniyası davam edir, feyk xəbərlərlə ölkəmizi hədəf alanlar rahatlıqla öz işlərini icra edirlər. Beləcə Türkiyə cəmiyyətində Azərbaycanı etibarsızlaşdırmaq kampaniyası aparanlar öz istəklərinə nail olur, xalqımızı düşmən görənlərin sayı artır.

Lakin ziyanın yarısından qayıtmaq da xeyirdir. Qeyd edək ki, bu cür hallar hüquqi və etik çərçivələrə sığmamaqla yanaşı, Türkiyə Respublikasının qanunvericiliyinin tələblərinə də ziddir.

Üstəlik, Türkiyədə bu cür qarayaxma kampaniyaları və saxta xəbərlərə qarşı münasibətdə həssas yanaşmanın olduğunu göstərən nümunələr də kifayət qədərdir. Yəni, Türkiyə qanunvericiliyinin tələblərinin icrası Azərbaycana münasibətdə də özünü göstərməlidir. Bu dezinformasiya kampaniyasının qarşısı ən qısa zamanda alınmalı, prosesi koordinasiya edənlərin əməllərinə isə hüquqi qiymət verilməlidir.

Bizim.Media-nın analitik qrupu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Münasibətdə ən sadiq 2 BÜRC

Münasibətdə ən sadiq 2 BÜRC

Bu rayona ilk qar yağdı – VİDEO

Bu rayona ilk qar yağdı – VİDEO

Ronaldo millinin məşqini buraxdı

Ronaldo millinin məşqini buraxdı

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Azərbaycan idmançısından bir İLK

Azərbaycan idmançısından bir İLK

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

End of content

No more pages to load

RADİO