Beyləqan rayonunun Daşburun qəsəbəsində elektrik yarımstansiyasında baş verən yanğın söndürülüb.
Bizim.Media “apa.az”a istinadla xəbər verir ki, yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Yanğın səbəbindən bir neçə yaşayış məntəqəsində elektrik enerjisinin verilişində fasilə yaranıb.
Hadisənin başvermə səbəbləri araşdırılır.
***20:38
Beyləqan rayonunun Daşburun qəsəbəsində elektrik yarımstansiyasında güclü yanğın baş verib.
Bizim.Media xəbər verir ki, hadisə ilə əlaqədar əraziyə FHN-in yanğından mühafizə bölmələrinin briqadaları, xüsusi texnika və canlı qüvvə cəlb olunub.
Yanğın nəticəsində bir neçə yaşayış məntəqəsində elektrik enerjisinin verilişində fasilə yaranıb.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisənin başvermə səbəbləri araşdırılır.
Bizim.Media