ABŞ Energetika Nazirliyi strateji neft ehtiyatından 40 milyon barrel neft çıxarmaq niyyətində olduğunu bəyan edib.
Bizim.Media “Associated Press”ə istinadla xəbər verir ki, bu barədə qurumun press-relizində məlumat verilib.
Nazirliyin tender sənədində bildirilib ki, Energetika Nazirliyi yanında Strateji Neft Ehtiyatlarının Reallaşdırılması Layihələri İdarəsi (SPRPMO) 40 milyon barrelə qədər xam neftin mübadiləsi (borc verilməsi) üçün sifarişlərin qəbulunu elan edir.
Sənədə əsasən, neft mübadiləsində maraqlı olan şirkətlərin müraciətləri oktyabrın 6-na qədər qəbul olunur.
Tədarük Texasın "Bryan Mound" və "Big Hill" anbarlarından — 2026-cı ilin noyabr-dekabr aylarında hər birindən 20 milyon barrel olmaqla həyata keçiriləcək. Neftin strateji ehtiyata qaytarılması isə 2027-ci ilin iyulundan 2029-cu ilin dekabrına qədər olan müddətdə nəzərdə tutulur.
Bizim.Media