Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Bakıda yolların təmiri zamanı ayrı-ayrı küçə və prospektlərin tam və ya qismən bağlanması sürücülər üçün əlavə çətinliklər yaradır.

Bizim.Media “Baku.ws”ə istinadən xəbər verir ki, xüsusilə, nəqliyyatın intensiv olduğu ərazilərdə belə məhdudiyyətlər tıxacların artmasına və alternativ yollarda hərəkətin yüklənməsinə səbəb olur.

Nəqliyyat eksperti Rauf Ağamirzəyev hesab edir ki, yol təmiri zamanı hərəkətin tam dayandırılması yeganə həll yolu olmamalıdır.

Ekspertin sözlərinə görə, bunun üçün dünyada tətbiq olunan müasir texnologiyalardan, o cümlədən təmir sahəsinin üzərindən müvəqqəti hərəkət hissəsi yaradan mobil yolötürücü konstruksiyalardan istifadə etmək mümkündür:

"İsveçrədə ASTRA şirkətinin bu istiqamətdə tətbiq olunan təcrübəsini nümunə götürə bilərik. Belə konstruksiyalar təmir olunan hissənin üzərindən avtomobillərin hərəkətini davam etdirməsinə, eyni zamanda yol işçilərinin aşağıda qorunan zonada təmir işləri aparmasına imkan verir.

257 metr uzunluğundakı konstruksiya iki hərəkət zolağını daşıya və avtomobillərin saatda 60 kilometrədək sürətlə hərəkətinə şərait yarada bilir. Bu yanaşmanın əsas üstünlüyü yolun tam bağlanmasına ehtiyacın azalmasıdır. Beləliklə, gündüz saatlarında təmir işlərinin aparılması mümkün olur, gecə işlərinə və əlavə yol məhdudiyyətlərinə ehtiyac azalır, sürücülərin alternativ marşrutlara yönləndirilməsi minimuma endirilir və təmir müddətində yolun buraxıcılığı qorunur".

Rauf Ağamirzəyev qeyd edib ki, ilkin tətbiq zamanı ortaya çıxan problemlər nəzərə alınaraq konstruksiya təkmilləşdirilib və 2024-cü ildə yenidən istifadəyə verilib:

"Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakı və digər şəhərlərdə nəqliyyat intensivliyinin yüksək olduğu magistral və küçələrdə bu tip mobil konstruksiyaların pilot tətbiqini nəzərdən keçirə bilər.

Yol təmirində məqsəd yalnız asfalt örtüyünü yeniləmək deyil. Təmir prosesi zamanı da şəhərin nəqliyyat sisteminin işləməsi təmin olunmalıdır. Yolu bağlamaq sonuncu, texnologiya ilə hərəkəti qorumaq isə prioritet həll olmalıdır".







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Münasibətdə ən sadiq 2 BÜRC

Münasibətdə ən sadiq 2 BÜRC

Bu rayona ilk qar yağdı – VİDEO

Bu rayona ilk qar yağdı – VİDEO

Ronaldo millinin məşqini buraxdı

Ronaldo millinin məşqini buraxdı

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Azərbaycan idmançısından bir İLK

Azərbaycan idmançısından bir İLK

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

Leyla Əliyeva və Vatikan kardinalı gələcək əməkdaşlığı müzakirə etdi - FOTO

Leyla Əliyeva və Vatikan kardinalı gələcək əməkdaşlığı müzakirə etdi - FOTO

End of content

No more pages to load

RADİO