Mərakeş kralı VI Məhəmməd Mərakeş şəhərinin meri Fatimə Əzzəhra Əl-Mənsurini ölkənin baş naziri təyin edərək, onu krallığın tarixində bu vəzifəni tutan ilk qadın edib.
Bizim.Media xəbər verir ki, bu barədə "AFP" agentliyi kralın dəftərxanasına istinadən məlumat yayıb.
Əl-Mənsuri sarayda kral tərəfindən qəbul edilib və ona yeni hökuməti formalaşdırmaq tapşırılıb.
O, bundan əvvəl Mərakeş şəhərinə rəhbərlik edib və mənzil təsərrüfatı naziri vəzifəsində çalışıb.
Bu təyinat Əl-Mənsurinin partiyasının ötən həftə keçirilən parlament seçkilərində qazandığı qələbədən sonra baş tutub.
Bizim.Media