"Euronews" telekanalı 27 Sentyabr – Anım Günü ilə bağlı məqalə dərc etdi

"Euronews" telekanalı Azərbaycanda 27 Sentyabr – Anım Günü ilə bağlı məqalə dərc edib.

Bizim.Media xəbər verir ki, materialda qeyd olunur ki, Azərbaycan 2020-ci ildə baş vermiş 44 günlük müharibənin başlanmasının ildönümündə altı il əvvəl döyüşlər zamanı həlak olan hərbçilərin xatirəsini yad edir.

"Euronews" yazır ki, müharibədən sonra Azərbaycan və Ermənistan arasında münasibətlər ticarət, nəqliyyat və telekommunikasiya əlaqələrinin inkişafı ilə xarakterizə olunur.

"Müharibə regionda Sovet İttifaqının dağılmasından sonra formalaşmış vəziyyəti dəyişdirdi və iki ölkə arasında münasibətlərdə yeni mərhələnin əsasını qoydu. 2020-ci ilin noyabrında hərbi əməliyyatların dayandırılmasından sonra tərəflər tədricən sərhəd məsələlərinin müzakirəsinə, münasibətlərin normallaşdırılmasına və regional nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılmasına keçdilər", – məqalədə bildirilir.
 

Telekanal qeyd edir ki, bu prosesin ən nəzərəçarpan nəticələrindən biri Azərbaycanın 2025-ci ilin sonunda tranzit məhdudiyyətlərini aradan qaldırmasından sonra dəmir yolu əlaqəsinin bərpa olunması və Ermənistana tədarükün başlaması olub.


"Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycandan Ermənistana birbaşa ixracın həcmi 17 milyon dolları ötüb. Tədarükə təxminən 17 min ton dizel yanacağı , həmçinin AI-92 və AI-95 markalı təxminən 5 min ton benzin daxil olub", – "Euronews" yazır.

Məqalədə bildirilir ki, normallaşma prosesinin siyasi çərçivəsi 2025-ci il avqustun 8-də ABŞ Prezidenti Donald Trampın, Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə Vaşinqtonda keçirilən görüş zamanı müəyyənləşdirilib.

Görüşün yekununda tərəflər Azərbaycan və Ermənistan arasında hərtərəfli sülh sazişinin hazırlanması prosesi ilə bağlı birgə bəyannamə imzalayıblar.

Rəsmi diplomatiya ilə yanaşı, iki ölkənin ictimai və vətəndaş cəmiyyəti təşkilatları arasında da qarşılıqlı əlaqələr inkişaf edir.
 

Məqalədə daha bir istiqamət kimi "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) layihəsi çərçivəsində əməkdaşlıq göstərilir. Planlaşdırılan nəqliyyat marşrutunun Ermənistanın Sünik vilayətindən keçərək Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirməsi nəzərdə tutulur.


"Beləliklə, müharibədən altı il sonra Azərbaycanda Anım Günü yalnız siyasi münasibətləri deyil, həm də ticarət, nəqliyyat, telekommunikasiya və vətəndaş cəmiyyətləri arasında qarşılıqlı əlaqələri əhatə edən regional normallaşma prosesinin davam etdiyi bir şəraitdə qeyd olunur", – deyə materialda vurğulanır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Münasibətdə ən sadiq 2 BÜRC

Münasibətdə ən sadiq 2 BÜRC

Bu rayona ilk qar yağdı – VİDEO

Bu rayona ilk qar yağdı – VİDEO

Ronaldo millinin məşqini buraxdı

Ronaldo millinin məşqini buraxdı

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Azərbaycan idmançısından bir İLK

Azərbaycan idmançısından bir İLK

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

End of content

No more pages to load

RADİO