“Bu gün dünya sürətli və mürəkkəb dəyişikliklər dövrünü yaşayır”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciətində qeyd edib.
Dövlətimizin başçısı bildirib ki, beynəlxalq münasibətlər sistemində baş verən proseslər, geosiyasi rəqabətin kəskinləşməsi, müxtəlif regionlarda davam edən münaqişələr və qarşıdurmalar qlobal təhlükəsizlik mühitinə ciddi təsir göstərir:
“Etimad böhranının kəskinləşməsi və qarşılıqlı anlaşmanın çətinləşməsi milli təhlükəsizlik arxitekturasının möhkəmləndirilməsini və beynəlxalq sabitliyin qorunmasını bütün ölkələrin qarşısında duran fundamental və təxirəsalınmaz prioritetə çevirir”.
Bizim.Media