Türk dünyası ilə İslam aləminin kəsişməsində - Azərbaycanın təklif etdiyi YENİ BİRLİK MODELİ

Qlobal geosiyasi xaosun dərinləşdiyi, beynəlxalq hüquq normalarının faktiki olaraq işləmədiyi və regional münaqişələrin coğrafiyasının genişləndiyi hazırki mərhələdə Cənubi Qafqaz və Türk-İslam dünyası özünün yeni inkişaf və təhlükəsizlik modelini formalaşdırır. Bu modelin mərkəzində isə həm coğrafi, həm tarixi, həm də strateji baxımdan unikal mövqeyə malik Azərbaycan dayanır.

Ölkəmizin son günlərdə ev sahibliyi etdiyi beynəlxalq tədbirlər — Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısı və böyük mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans yalnız dini-mənəvi mahiyyət daşımır. Bu platformalar, eyni zamanda, Şimali Qafqazdan Gürcüstana, Yaxın Şərqdən Mərkəzi Asiyayadək uzanan nəhəng bir coğrafiyada sülhün, birliyin və strateji həmrəyliyin yeni manifestinə çevrilir.

Türk dünyası və Qafqazın kəsişmə nöqtəsi

Azərbaycanın beynəlxalq arxitekturadakı unikal rolu onun həm Türk dünyasının sarsılmaz bir parçası, həm də Qafqazın mərkəzi dövləti olmasından qaynaqlanır. Tarixi reallıqlar aydın şəkildə göstərir ki, bu iki məkan mahiyyətcə vahid bir coğrafiyanı və ortaq taleyi əhatə edir. Qədim dövlərdən günümüzədək uzanan zəngin dövlətçilik irsimiz isə bu sintez ideyasının köklərini nümayiş etdirir.
 

Bu gün Türk Dövlətləri Təşkilatına üzv olan yeganə Qafqaz ölkəsi kimi Azərbaycan, bölgə xalqları arasında körpü rolunu oynayır. TDT tədbirlərində Şimali Qafqaz respublikalarının (Dağıstan, Çeçenistan və s.), Gürcüstanın və Yaxın Şərq nümayəndələrinin bir araya gəlməsi Bakının formalaşdırdığı bənzərsiz birlik modelinin bariz sübutudur. Bu inteqrasiya təkcə siyasi tərəfdaşlıq deyil, həm də əsrlər boyu formalaşmış dostluq bağlarının müasir dövrün tələblərinə uyğun olaraq möhkəmləndirilməsidir.


İki platformanın — Türk-İslam coğrafiyasının dini liderləri ilə beynəlxalq elmi-fəlsəfi konfransın eyni vaxtda Bakıda təşkil olunması dərin rəmzi məna kəsb edir. Dövlətimizin başçısının vurğuladığı kimi:

"Müsəlman dini liderlərin hər bir sözü, təbii ki, müsəlman icmaları üçün çox dəyərlidir, qiymətlidir. Bu sözlər sülhə, əməkdaşlığa, əmin-amanlığa, barışığa istiqamətləndirilirsə, deməli, yaşadığımız bölgələrdə də sülh və əmin-amanlıq üstünlük təşkil edəcək."

İslam həmrəyliyi üçün Azərbaycanın atdığı addımlar

Bu gün dünya miqyasında, xüsusən də müsəlman aləmində baş verən dağıdıcı proseslər və qarşıdurmalar ciddi narahatlıq doğurur. İlham Əliyev çıxışında sözügedən proseslər fonunda İslam dünyasına qarşı hücumlardan söz açıb:

“Bizim dinimizə qarşı, İslam dünyasına qarşı elan olunmamış müharibə gedir və islamofobiya onun kiçik bir tərkib hissəsidir. Müsəlman aləmini gözdən salmaq, ləkələmək, terrorla eyniləşdirmək, bizim dəyərlərimizə qarşı, müqəddəs “Qurani-Kərim”ə qarşı o təhqiredici faktlar. Siz hesab edirsiniz ki, bunlar elə təsadüfən baş verir? Yox! Bu, məqsədyönlü siyasətdir”.
 

Azərbaycan bu mənzərə fonunda İslam həmrəyliyini sadəcə şüar səviyyəsində saxlamayan, onu konseptual və praktiki addımlarla gücləndirən nadir dövlətlərdəndir. İƏT və ICESCO çərçivəsində həyata keçirilən təşəbbüslər, 2017-ci ildə Bakıda təşkil olunan IV İslam Həmrəylik Oyunları bu siyasətin əməli təzahürləridir.


Əminliklə deyə bilərik ki, növbəti il Bakıda keçirilməsi nəzərdə tutulan İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşü isə Azərbaycanın barışdırıcı və birləşdirici diplomatik gücünü bir daha nümayiş etdirəcək. Məqsəd aydındır: müsəlman aləmindəki anlaşılmazlıqları və lazımsız qarşıdurmaları aradan qaldırmaq, İslam dininə daxildən və xaricdən vurulan zərbələrin qarşısını almaq. Bizi ayırmaq və gözdən salmaq istəyən mərkəzlərə qarşı tək cavab vasitəsi müştərək səylər və sarsılmaz birlikdir.

Zəfərin və milli identikliyin təntənəsi

İşğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işləri Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə və dini irsinə olan dərin sevgisinin ən bariz nümunəsidir. Otuz illik işğal dövründə erməni vəandalizmi nəticəsində şəhər və kəndlərimiz yerlə-yeksan edilib, binaların daşları, dam örtükləri, hətta qəbir daşları dözülməz bir talançılıqla sökülərək satılıb. Hətta birinci Qarabağ müharibəsinin şəhidlərinin və Xocalı soyqırımı qurbanlarının dini mərasimlərinin keçirildiyi tarixi Ağdam məscidi də bu vəhşiliyin hədəfinə çevrilmişdi.

Ancaq Azərbaycan dövləti Vətən müharibəsindəki şanlı zəfərdən dərhal sonra — 2021-ci ildən etibarən Böyük Qayıdış çərçivəsində ilk bərpa işlərinə məhz Ağdam məscidindən start verdi. Bu, xalqımızın mənəvi köklərinə bağlılığının və müqəddəs ocaqlarımıza verdiyi ali dəyərin təzahürüdür.

Bu günədək azad olunmuş torpaqlarımızda dağıdılmış və ya yarıdağıdılmış vəziyyətdə olan 12 məscid tam bərpa edilərək yenidən istifadəyə verilib. Şuşada yeni inşa edilən möhtəşəm məscid kompleksi də daxil olmaqla, bu müqəddəs missiya sürətlə davam etdirilir. Ağdamın və bütün Qarabağın yenidən doğulması sadəcə infrastruktura deyil, həm də regionun tarixi-mənəvi simasının bərpasına xidmət edir.

Dayanıqlı sülh və bölgənin gələcəyi

Dünyada gedən proseslərin xaotik xarakter aldığı, münaqişə ocaqlarının genişləndiyi bir dövrdə Türk dünyasını və Qafqaz bölgəsini bu təhlükələrdən sığortalamağın yeganə yolu daxili birliyi və hərbi-siyasi həmrəyliyi ən yüksək səviyyəyə qaldırmaqdır.

Mövcud geosiyasi burulğanlardan itkisiz çıxmağın, ədalətsizliklərə qarşı sinə gərməyin tək formulu var — Türk dünyasının, Qafqaz xalqlarının və Müsəlman aləminin vahid güc mərkəzi kimi çıxış etməsi.

Prezident İlham Əliyev çıxışında kənar təzyiqlərə qarşı mübarizədə tarixi mesaj verib:

“Biz hər birimiz tək qalanda çətinliklərlə üzləşə bilərik. Amma Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz. Heç kim bizə qarşı ədalətsizlik edə bilməz”. 

Bizim.Media-nın analitik qrupu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Münasibətdə ən sadiq 2 BÜRC

Münasibətdə ən sadiq 2 BÜRC

Bu rayona ilk qar yağdı – VİDEO

Bu rayona ilk qar yağdı – VİDEO

Ronaldo millinin məşqini buraxdı

Ronaldo millinin məşqini buraxdı

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Azərbaycan idmançısından bir İLK

Azərbaycan idmançısından bir İLK

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

End of content

No more pages to load

RADİO