Bakıda Dördüncü İqlim Həftəsinin 3-cü günü: Hansı məsələlər müzakirə ediləcək?

“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026)"nın üçüncü günü start götürüb.

Bizim.Media xəbər verir ki, üçüncü günün proqramında iqlim öhdəliklərindən konkret fəaliyyətə keçid, iqlim maliyyələşdirilməsi, gənclərin iqlim proseslərində iştirakı, süni intellekt və iqlim texnologiyaları, enerji səmərəliliyi, metan emissiyalarının azaldılması, su ehtiyatlarının idarə olunması və mədəni irsin qorunması kimi məsələlər əsas diqqət mərkəzindədir.
 

Günün ilk sessiyalarından biri “COP31-dən sonra: tərəfdaşlıq vasitəsilə öhdəliklərin icrasının təmin edilməsi” mövzusuna həsr olunub. Dəyirmi masa çərçivəsində COP31-dən sonra qəbul ediləcək iqlim öhdəliklərinin praktiki nəticələrə çevrilməsi və bu istiqamətdə tərəfdaşlığın rolu müzakirə ediləcək.


Proqramda submilli qurumların iqlim fəaliyyətində roluna dair “Impact Dialogue” sessiyası da yer alıb. Burada yerli və regional səviyyədə iqlim siyasətinin həyata keçirilməsi və bu qurumların iqlim fəaliyyətinə töhfəsi müzakirə olunacaq.

Üçüncü günün proqramında gənc jurnalistlərin iqlim mövzusunda fəaliyyətinə həsr olunan “Climate conversations: Engaging Young Journalists” dəyirmi masası da keçiriləcək. Sessiyada gənc jurnalistlərin iqlim gündəliyinin işıqlandırılmasında rolu və onların bu sahədə fəallığının artırılması məsələləri nəzərdən keçiriləcək.

Bununla yanaşı, binaların enerji səmərəliliyinin sertifikatlaşdırılması və rəqəmsal bina pasportları mövzusunda müzakirələr aparılacaq. Bu sessiyada tikinti sektorunda enerji səmərəliliyinin artırılması, rəqəmsal həllərin tətbiqi və binaların iqlim məqsədlərinə uyğunlaşdırılması məsələləri diqqət mərkəzindədir.
 

Günün proqramında gənclərin rəhbərliyi ilə keçirilən İqlim Forumu çərçivəsində də müzakirələr nəzərdə tutulub. “Öhdəliklərdən icraya: COP31-ə gedən yolda” mövzusunda sessiyada iqlim öhdəliklərinin real fəaliyyətə çevrilməsi yolları müzakirə ediləcək. Digər sessiyada isə “İqlim × Süni intellekt: Texnologiya iqlim böhranını həll edə bilərmi?” sualı ətrafında fikir mübadiləsi aparılacaq.


Üçüncü günün digər mühüm mövzularından biri sülh, yardım və bərpa üçün dövlət və özəl iqlim maliyyəsinin səfərbər edilməsidir. Sessiyada iqlim maliyyəsinin müxtəlif ehtiyacların qarşılanmasına yönəldilməsi və dövlət-özəl sektor əməkdaşlığının imkanları nəzərdən keçiriləcək.

Həmçinin türk sivilizasiyasında mədəni irsin və biomüxtəlifliyin qorunması mövzusunda dəyirmi masa keçirilir. Sessiyada ortaq ənənələrdən birgə fəaliyyətə keçid, mədəni irsin iqlim dəyişmələrinin təsirlərindən qorunması və biomüxtəlifliyin mühafizəsi məsələləri müzakirə olunacaq.

Proqram çərçivəsində iqlimədavamlı texnologiyalar və innovasiyaların sürətləndirilməsi mövzusunda da müzakirə aparılacaq. Burada iqlim dəyişmələrinin təsirlərinə davamlı gələcəyin formalaşdırılmasında yeni texnologiyaların və innovativ həllərin rolu diqqət mərkəzindədir.
 

Günün ikinci yarısında Xəzər regionunda metan emissiyalarının azaldılmasının genişləndirilməsi mövzusunda dəyirmi masa keçiriləcək. Sessiyada metan emissiyalarının azaldılması, regional əməkdaşlıq və bu istiqamətdə konkret fəaliyyətlərin genişləndirilməsi məsələləri müzakirə olunacaq.


Üçüncü günün proqramının əsas sessiyalarından biri də “İqlim fəaliyyəti üçün Bakı Su Dialoqu – öhdəliklərdən icraya” mövzusundadır. Sessiyada COP31-ə qədər su mərkəzli iqlim fəaliyyətinin inkişaf etdirilməsi, su ehtiyatlarının iqlim dəyişmələrinə uyğun idarə olunması və qəbul edilmiş öhdəliklərin praktik tədbirlərə çevrilməsi məsələləri gündəmdə olacaq.

Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2026) sentyabrın 11-dək davam edəcək. (Trend.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tezliklə bolluq içində üzəcək BÜRCLƏR

Tezliklə bolluq içində üzəcək BÜRCLƏR

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Münasibətdə ən sadiq 2 BÜRC

Münasibətdə ən sadiq 2 BÜRC

Bu rayona ilk qar yağdı – VİDEO

Bu rayona ilk qar yağdı – VİDEO

Ronaldo millinin məşqini buraxdı

Ronaldo millinin məşqini buraxdı

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Azərbaycan idmançısından bir İLK

Azərbaycan idmançısından bir İLK

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

End of content

No more pages to load

RADİO