Azərbaycan rəsmiləri İstanbulda...

4 sentyabr tarixində İstanbul şəhərində Türkiyənin COP31 sədrliyi çərçivəsində “İstanbul İqlim Maliyyəsi Sammiti” keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Tədbirdə Azərbaycan Respublikasını Türkiyənin COP31 sədrliyinin Məşvərət Heyətinin üzvləri qismində Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev və Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Yalçın Rəfiyev təmsil edib.

Tədbir çərçivəsində iqlim maliyyəsinə həsr olunmuş panel müzakirələri, yüksək səviyyəli sessiyalar, dəyirmi masa görüşləri və müxtəlif tematik müzakirələr keçirilib.
 

Dövlət qurumlarının, çoxtərəfli inkişaf banklarının, beynəlxalq maliyyə institutlarının, investorların və özəl sektor nümayəndələrinin bir araya gəldiyi Sammitdə iqlim maliyyəsi, iqlim dəyişikliyinə dayanıqlı şəhərlərin inkişafı, COP31-ə hazırlıq və digər aktual məsələlər müzakirə olunub.


Nazir müavini Yalçın Rəfiyev “İqlimə davamlı şəhərlərin iqlim maliyyəsi” mövzusunda dəyirmi-masa müzakirələrində moderator qismində iştirak və çıxış edib.

Nazir müavini çıxışında COP29 çərçivəsində İqlim Maliyyələşdirilməsi üzrə Yeni Kollektiv Kəmiyyət Hədəfinə (NCQG), digər adı ilə Bakı Maliyyə Hədəfinə dair razılaşmanın əldə olunduğunu və ilk dəfə olaraq inkişaf etməkdə olan ölkələrə dəstəyin 2035-ci ilədək 1,3 trilyon ABŞ dollarına çatdırılmasını nəzərdə tutan uzunmüddətli maliyyələşdirmə məqsədinin müəyyənləşdirildiyini bildirib.
 

COP29-un Fəaliyyət Gündəliyində dayanıqlı şəhərlər mövzusunun əsas istiqamətlərdən biri kimi müəyyənləşdirdiyini vurğulayan Y.Rəfiyev, bu çərçivədə Bakı Davamlılıq Koalisiyası və Dayanıqlı və Sağlam Şəhərlər üzrə Çoxsektorlu Fəaliyyət Yolları (MAP) təşəbbüsünün irəli sürüldüyünü qeyd edib.


Cari ilin may ayında Bakıda keçirilən 13-cü Dünya Şəhərsalma Forumuna (WUF13) toxunan Yalçın Rəfiyev Forumun şəhərlərin iqlim dayanıqlılığı gündəliyinin inkişafı baxımından mühüm nəticələr verdiyini vurğulayıb. O, əldə olunan nəticələrin davamlılığının təmin edilməsi baxımından ölkəmizdə növbəti həftə keçiriləcək Bakı İqlim Fəaliyyəti Həftəsinin əhəmiyyətini qeyd edib.

M.Babayev və Y.Rəfiyev həmçinin Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurumun sədrliyi ilə keçirilən “İqlim öhdəliklərinin yerinə yetirilməsi körpüsü: İcra və maliyyələşmə üçün yüksək səviyyəli yol xəritəsi” adlı yüksək səviyyəli sessiyada da çıxış edib və COP29-un tarixi nəticələrinin iqlim maliyyələşməsi mövzusunda qlobal müzakirələrə verdiyi töhfəni diqqətə çatdırıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Münasibətdə ən sadiq 2 BÜRC

Münasibətdə ən sadiq 2 BÜRC

Bu rayona ilk qar yağdı – VİDEO

Bu rayona ilk qar yağdı – VİDEO

Ronaldo millinin məşqini buraxdı

Ronaldo millinin məşqini buraxdı

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Azərbaycan idmançısından bir İLK

Azərbaycan idmançısından bir İLK

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

Leyla Əliyeva və Vatikan kardinalı gələcək əməkdaşlığı müzakirə etdi - FOTO

Leyla Əliyeva və Vatikan kardinalı gələcək əməkdaşlığı müzakirə etdi - FOTO

End of content

No more pages to load

RADİO