Macarıstan hökumətinin rəhbəri Peter Madyar özünün "Facebook" səhifəsində keçmiş Baş nazir Viktor Orbanı dövlət çevrilişi hazırlamaqda ittiham edib və bu əməlinə görə onu cinayət məsuliyyətinə cəlb edəcəyi ilə hədələyib.
Bizim.Media xəbər verir ki, Baş nazir Madyar Orbanın silahlı qiyam və konstitusiya quruluşunun zorakılıqla dəyişdirilməsi haqqında bəyanatlarının dövlətə qarşı törədilən ən ağır cinayətlərdən biri olduğunu bildirib.
Hökumət rəhbəri xatırladıb ki, Macarıstan Cinayət Məcəlləsinə əsasən, konstitusiya quruluşuna qarşı bu cür qanunsuz əməllərə görə ömürlük azadlıqdan məhrumetməyə qədər ən ağır cəza nəzərdə tutulur.
Bizim.Media