Qazaxda avtomobil su arxına düşüb.
Bizim.Media xəbər verir ki, hadisə rayonun Çaylı kənd yolunda qeydə alınıb.
Minik avtomobilinin idarəetmədən çıxaraq su arxına düşməsi nəticəsində 1966-cı il təvəllüdlü sürücü A.Carçıyev xəsarət alıb.
O, hadisə yerinə cəlb edilən təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır. (Oxu.az)
Bizim.Media