ABŞ-ın Dövlət katibi Marko Rubio oktyabrın 18-də axşam saatlarında Özbəkistana rəsmi səfərə gəlib.
Bizim.Media Gazeta.uz portalına istinadən xəbər verir ki, amerikalı diplomat Səmərqənd beynəlxalq hava limanında təntənə ilə qarşılanıb.
ABŞ Dövlət katibini hava limanında Özbəkistan Prezident Administrasiyasının rəhbəri Səidə Mirziyoyeva, xarici işlər naziri Bəxtiyar Saidov və digər rəsmi şəxslər qarşılayıblar.
Bazar ertəsi Səmərqənddə Amerika-Özbəkistan Biznes və İnvestisiya Şurasının ikinci iclası keçiriləcək. Həmçinin ABŞ və Mərkəzi Asiya ölkələrinin xarici işlər nazirlərinin "C5+1" formatında növbəti görüşünün baş tutması planlaşdırılır.
Səfər çərçivəsində ticarət, energetika və iqtisadi əməkdaşlığın genişləndirilməsi məqsədilə Dövlət katibini 200-dən çox ABŞ şirkətinin nümayəndələrindən ibarət böyük heyət müşayiət edir.
Bizim.Media