ABŞ-ın Energetika naziri Kris Rayt Vaşinqtonun Rusiya neftinə tətbiq edilən sanksiyalardan hər hansı birinin yumşaldılması haqqında gəzən şayiələri təkzib edib. Nazir bildirib ki, Rusiya xam neftinə yönələn məhdudiyyətlər tam qüvvəsində qalır.
Bizim.Media xəbər verir ki, Kris Rayt ABŞ hökumətinin Rusiya neft sektoruna qarşı sanksiya təzyiqini zərrə qədər də azaltmadığını diqqətə çatdırıb.
Energetika naziri vurğulayıb ki, hazırda nəzərdən keçirilən və ehtimal olunan güzəştlər və ya müvəqqəti yumşalmalar müstəsna olaraq dizel yanacağına şamil edilə bilər.
Bizim.Media