İran 2027-ci ildə yerli istehsal olan ağır qırıcı təyyarənin uçuş sınaqlarını keçirməyi planlaşdırır.
Bizim.Media xəbər verir ki, bu barədə İslam Respublikasının yeni müdafiə naziri Mehrdad Əxlaqi Ketabçi bəyanat verib.
Nazirin İran Dövlət Teleradio Şirkətinə verdiyi məlumata görə, 2026-cı ildə ağır qırıcının yerüstü hərəkəti və sınaqları, 2027-ci ildə isə ilk uçuş sınağının keçirilməsi nəzərdə tutulur.
Ketabçi təyyarənin tamamilə İranın yerli hərbi sənayesi tərəfindən istehsal olunduğunu vurğulayıb.
Oktyabrın 18-də İran Parlamenti Mehrdad Əxlaqi Ketabçinin ölkənin Müdafiə və Silahlı Qüvvələrə Dəstək naziri vəzifəsinə təyin olunmasını təsdiqləyib.
Bizim.Media