"Irıs Ordo" konqres-holunda Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitini işıqlandıran xarici mediya nümayəndələrinə qırğızıstanlıların milli içkiləri təqdim edilir.
Bizim.Media xəbər verir ki, tanınmış rusiyalı jurnalist Pavel Zarubin maksumu çox sevdiyini və Bişkekə hər gəlişində onu dadmağı xahiş etdiyini bildirib.
Qeyd edək ki, tədbiri ümumilikdə 800 xarici və 250 yerli jurnalist işıqlandırır.
Məlumat üçün bildirək ki, maksum taxıl məhsullarından hazırlanan ənənəvi qırğız sərinləedici içkisidir.
Bizim.Media