İlham Əliyevin Bişkekdə Paşinyanla görüşü dünya mediasında – FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının Bişkekdə keçirilən Sammiti çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü dünyanın bir sıra ölkələrinin media qurumlarının diqqət mərkəzində olub.

Bizim.Media xəbər verir ki, yayımlanan xəbərlərdə bu görüş Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və davamlı sülhün möhkəmləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilib, tərəflər arasında birbaşa siyasi dialoqun və praktiki əməkdaşlığın davam etdirilməsi, xüsusilə nəqliyyat, ticarət və regional bağlantılılığın inkişafı önə çəkilib.

Türkiyənin Anadolu agentliyinin məlumatında bu görüş Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin praktiki mərhələyə keçməsinin göstəricisi kimi dəyərləndirilib. Görüşdə liderlərin birbaşa siyasi dialoqun davam etdirilməsi ilə yanaşı, enerji, ticarət, tranzit və sərhədlərin delimitasiyası üzrə konkret əməkdaşlıq istiqamətlərini müzakirə etdikləri vurğulanıb. Bu baxımdan, xüsusilə TRIPP marşrutunun icrası, qarşılıqlı yük və enerji axınlarının genişləndirilməsinin regional bağlantılılığın və iqtisadi inteqrasiyanın normallaşma prosesinin əsas dayaqlarından birinə çevrildiyi qeyd olunub.

Qardaş ölkədə yayımlanan “Türkiye Gazetesi”, “Son Dakika”, “TRT Avaz”, “Hürriyet”, “Saray Medya”, “Yeni Şafak”, “Ensonhaber”, “Yeni Akit”, “Takvim”, “Bengü Türk”, “İlke” xəbər agentliyi, “CGTN Türk”, “New Turk Post” və TRT-nin ərəbdilli versiyası da bu görüş barədə oxucularına əhatəli məlumatlar çatdırıb.

Rusiyanın TASS agentliyi, “Kommersant”, “Komsomolskaya Pravda”, “Nezavisimaya Gazeta”, “Interfax”, “Vesti.ru”, “Izvestiya”, “RIA Novosti”, “Topwar.ru”, “News.ru”, “Vesti Kavkaza”, “Lenta News” nəşrlərinin Azərbaycanın və Ermənistanın liderlərinin görüşünə dair materiallarında əsas diqqət Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması, sülh prosesinin möhkəmləndirilməsi və tərəflər arasında birbaşa dialoqun davam etdirilməsinə yönəldilib. Xəbərlərdə, xüsusilə TRIPP marşrutunun həyata keçirilməsi, nəqliyyat əlaqələrinin inkişafı və Azərbaycan ilə Ermənistan arasında iqtisadii-ticari münasibətlərin qurulması önə çıxarılıb. Bundan başqa, bəzi nəşrlərin xəbərlərində Azərbaycanın neft məhsullarının Ermənistana ixracı və tranzit məsələlərinə də xüsusi yer verilib.

Gürcüstanın “Newshub Georgia”, “1TV”, “Netgazeti”, “BM.ge”, “Radio Tavisupleba”, “Interpressnews”, “Resonance Daily”, “Info9”, “PrimeTime”, “On.ge”, “Central Asia” və digər media resurslarında Prezident İlham Əliyevin və Baş nazir Nikol Paşinyanın Bişkek görüşünə geniş yer verilib. Materiallarda görüş 2025-ci ilin avqustunda Vaşinqtondakı Sülh Sammitində əldə olunmuş razılaşmaların davamı kimi təqdim edilib, tərəflərin sülh prosesinin möhkəmləndirilməsi, dövlətlərarası münasibətlərin normallaşdırılması və qarşılıqlı etimadın artırılması istiqamətində birbaşa təmasları davam etdirmək barədə razılığa gəldikləri vurğulanıb. Gürcü mediası, xüsusilə Azərbaycandan neft məhsullarının Ermənistana ixracı, Azərbaycan ərazisindən üçüncü ölkələrə və Ermənistana yükdaşımaların genişləndirilməsi, eləcə də TRIPP marşrutunun həyata keçirilməsi ilə bağlı praktiki addımları sülh prosesinin iqtisadi və regional bağlantılılıq komponenti kimi önə çıxarıb. Eyni zamanda, sərhədin delimitasiyası üzrə dövlət komissiyalarının fəaliyyətinin davam etdirilməsi, parlament və vətəndaş cəmiyyəti təmaslarının genişləndirilməsi sülhün institusional və ictimai əsaslarının möhkəmləndirilməsi baxımından qeyd olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın Bişkekdəki görüşü İran mediasında da geniş işıqlandırılıb. Bu görüş qonşu ölkənin “IRNA”, “Akharin Khabar”, “Khabarpu” və “Vista” media resurslarında iki ölkə münasibətlərinin normallaşdırılması, sülhün möhkəmləndirilməsi və iqtisadi əməkdaşlığın genişləndirilməsi kontekstində təqdim olunub. Materiallarda, xüsusilə tərəflər arasında iqtisadi-ticari əlaqələrin inkişaf etdirilməsi, nəqliyyat və tranzit imkanlarının genişləndirilməsi, eləcə də Vaşinqtonda əldə olunmuş razılaşmaların praktiki müstəvidə davam etdirilməsi diqqətə çatdırılıb.

Bu görüş Qırğızıstan mediasının da diqqət mərkəzində olub. Qırğızıstanın “Open.kg”, “24.kg”, “CentralAsia.media” və “Economist.kg” media resurslarında bu görüş Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və sülhün möhkəmləndirilməsi istiqamətində mühüm addım kimi təqdim olunub, tərəflərin birbaşa dialoqu davam etdirmək və əldə olunmuş razılaşmaların icrasına diqqət yetirmək barədə mövqeləri önə çıxarılıb. Xüsusilə TRIPP marşrutunun həyata keçirilməsi və regional nəqliyyat bağlantılarının inkişafı ilə bağlı məsələlər vurğulanıb. Qazaxıstanın “Ulysmedia” və “Kursiv Media” nəşrləri isə görüşün əsas nəticəsini Azərbaycan və Ermənistan arasında sülhün möhkəmləndirilməsi və münasibətlərin normallaşdırılması ilə əlaqələndirib. Xəbərlərdə tərəflərin birbaşa siyasi dialoqu davam etdirmək niyyəti ilə yanaşı, TRIPP marşrutunun reallaşdırılması və regional iqtisadi-nəqliyyat əlaqələrinin genişləndirilməsi də diqqətə çatdırılıb.

Fransada yayımlanan “La Gazette du Caucase” nəşri görüşü Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və davamlı sülhün təmin olunması istiqamətində növbəti təmas kimi təqdim edib. Materialda tərəflərin birbaşa dialoqu davam etdirmək və əldə olunmuş razılaşmaların praktiki icrasına yönəlmək niyyəti önə çıxarılıb.

İsveçrənin “Swissinfo.ch” platformasında isə görüş tərəflərin davamlı sülhün bərqərar olması üçün səyləri davam etdirmək barədə razılığı kontekstində işıqlandırılıb. Xəbərdə birbaşa siyasi dialoqun qorunub saxlanılması və davam etdirilməsi, eləcə də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinin davam etdirilməsi əsas məqamlar kimi qeyd olunub.

Polşanın “Kresy.pl” nəşri görüşün əsas nəticəsini Azərbaycan və Ermənistan liderlərinin gələcəkdə də birbaşa danışıqları davam etdirmək iradəsini təsdiqləməsi kimi təqdim edib. Materialda bu təmasların iki ölkə arasında sülh prosesinin irəlilədilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Tayvanın “Capital Futures” platformasında yayımlanan xəbərdə əsas diqqət liderlərin Bişkekdə görüşməsi və Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin davam etdirilməsi barədə razılığa gəlmələrinə yönəlib.

Beynəlxalq media və analitik xəbər resurslarında da bu görüş barədə ətraflı söhbət açılıb. “Commonspace.eu” və “IntelliNews” nəşrlərinin materiallarında bu görüş Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin növbəti mərhələsi kimi qiymətləndirilib. Nəşrlər tərəflərin davamlı sülhə nail olmaq, münasibətləri normallaşdırmaq və birbaşa siyasi dialoqu davam etdirmək istiqamətində razılaşmalarını ön plana çıxarıb, sülh prosesinin irəlilədilməsi baxımından görüşün əhəmiyyətini xüsusi vurğulayıb.

 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ-ın Energetika naziri: Rusiya neftinə qarşı sanksiyalar yumşaldılmayıb

ABŞ-ın Energetika naziri: Rusiya neftinə qarşı sanksiyalar yumşaldılmayıb

Azərbaycan Basketbol Liqası: "Neftçi" "Sumqayıt"ı məğlub etdi

Azərbaycan Basketbol Liqası: "Neftçi" "Sumqayıt"ı məğlub etdi

ABŞ Çinlə danışıqlara başladı: Rusiyaya qarşı yeni rüsumlar gündəmdə

ABŞ Çinlə danışıqlara başladı: Rusiyaya qarşı yeni rüsumlar gündəmdə

İran da qırıcı təyyarə istehsal edir?

İran da qırıcı təyyarə istehsal edir?

Filipp Kirkorov necə vəfat etmək istədiyini açıqladı

Filipp Kirkorov necə vəfat etmək istədiyini açıqladı

Qazaxda avtomobil su arxına düşdü

Qazaxda avtomobil su arxına düşdü

İsraildən uçan təyyarədə bomba həyəcanı - Təcili eniş etdi

İsraildən uçan təyyarədə bomba həyəcanı - Təcili eniş etdi

Rusiyada ən böyük gizli şəbəkə ifşa edildi - Yarım trilyon rubl mənimsəyiblər?

Rusiyada ən böyük gizli şəbəkə ifşa edildi - Yarım trilyon rubl mənimsəyiblər?

Litva Ermənistandan gətirilən yaşıl çay partiyasını Aİ ərazisinə buraxmadı

Litva Ermənistandan gətirilən yaşıl çay partiyasını Aİ ərazisinə buraxmadı

Peter Madyar Viktoriya Orbanı dövlət çevrilişinə cəhddə ittiham etdi

Peter Madyar Viktoriya Orbanı dövlət çevrilişinə cəhddə ittiham etdi

Makron xalqa müraciət etdi: “Hökumət qiymət artımı ilə məşğul olacaq”

Makron xalqa müraciət etdi: “Hökumət qiymət artımı ilə məşğul olacaq”

Türkiyə Rusiyadan dizel yanacağı alacaq

Türkiyə Rusiyadan dizel yanacağı alacaq

Bakının bu rayonunda 2 gün su olmayacaq - XƏBƏRDARLIQ

Bakının bu rayonunda 2 gün su olmayacaq - XƏBƏRDARLIQ

ABŞ-ın Maliyyə naziri Ukraynanı müttəfiq adlandırmadı

ABŞ-ın Maliyyə naziri Ukraynanı müttəfiq adlandırmadı

Fransada kütləvi iğtişaşlar zamanı Messinin imzalı forması oğurlandı - VİDEO

Fransada kütləvi iğtişaşlar zamanı Messinin imzalı forması oğurlandı - VİDEO

İstanbulda Şişli konsertində halı pisləşən şəxslərdən ikisi vəfat etdi - VİDEO

İstanbulda Şişli konsertində halı pisləşən şəxslərdən ikisi vəfat etdi - VİDEO

Vladiqafqazın mərkəzində atışma: MMA döyüşçüsü yaralandı - VİDEO

Vladiqafqazın mərkəzində atışma: MMA döyüşçüsü yaralandı - VİDEO

Netanyahu Trampa təşəkkür etdi - VİDEO

Netanyahu Trampa təşəkkür etdi - VİDEO

İğtişaşlar İtaliyaya nə qədər ziyan vurub?

İğtişaşlar İtaliyaya nə qədər ziyan vurub?

Şəhərin mərkəzində bina qəzalı vəziyyətdə: Sakinlərin həyatı təhlükədədir - VİDEO

Şəhərin mərkəzində bina qəzalı vəziyyətdə: Sakinlərin həyatı təhlükədədir - VİDEO

Gəncədə ağır qəza: 2 avtomobil toqquşdu - FOTO-VİDEO

Gəncədə ağır qəza: 2 avtomobil toqquşdu - FOTO-VİDEO

Vətən Müharibəsi şəhidi Şaiq Kəlbiyevin anım mərasimi keçirildi - FOTO

Vətən Müharibəsi şəhidi Şaiq Kəlbiyevin anım mərasimi keçirildi - FOTO

ABŞ-ın Dövlət katibi Özbəkistandadır

ABŞ-ın Dövlət katibi Özbəkistandadır

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlandı - VİDEO

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlandı - VİDEO

End of content

No more pages to load

RADİO