Yaxın günlərdə Azərbaycan şirkətlərinin Ermənistan şirkətlərindən məhsul aldığını öyrənəcəksiniz.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan İctimai Televiziyasına müsahibəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bəyan edib.
Onun sözlərinə görə, artıq Ermənistan da Azərbaycana məhsul satacaq.
Nazir aydınlıq gətirib ki, bu proses artıq ikitərəfli xarakter daşıyacaq.
Bizim.Media