Sahibə Qafarova Mozambikin Baş naziri ilə görüşdü - FOTO

Milli Məclisin sədri Sahibə Qafarova Serbiyaya işgüzar səfəri çərçivəsində avqustun 31-də Mozambik Respublikasının Baş naziri Maria Benvinda Levi ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, görüşdə ölkələrimiz arasında əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Spiker Sahibə Qafarova bildirib ki, Azərbaycan Afrika ölkələri ilə münasibətlərin inkişafına mühüm əhəmiyyət verir.
 

Milli Məclisin sədri Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın əhəmiyyətindən danışaraq, Azərbaycanın bu təşkilata 4 illik sədrliyi dövründə gördüyü işlər, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti, ölkəmizin sədrliyi dövründə əldə edilmiş nailiyyətlər barədə danışıb.


Görüşdə bir sıra sahələrdə ikitərəfli əlaqələrin mövcud vəziyyətinə də toxunulub, qarşılıqlı münasibətlərin inkişafına dair fikir mübadiləsi aparılıb. Spiker cari ilin iyun ayında İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Mozambik Respublikası Respublika Assambleyasının sədri Marqarida Talapa ilə görüşünü xatırlayaraq, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın və qarşılıqlı dəstəyin əhəmiyyətini qeyd edib.

Söhbət zamanı parlamentlər arasında və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu qeyd edilib, qarşılıqlı səfərlərin həyata keçirilməsi ilə bağlı fikirlər səsləndirilib.
 

Baş nazir Maria Benvinda Levi Mozambik və Azərbaycan arasında münasibətlərin mövcud vəziyyətindən razılıqla danışıb. O, mozambikli tələbələrin və diplomatların Azərbaycanda keçirilən proqramlarda iştirakına görə təşəkkürünü bildirib. Qeyd edib ki, Azərbaycan COVID-19 pandemiyası dövründə də Mozambikə öz dəstəyini göstərib.


Baş nazir diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi bir sıra mühüm məsələlərin müzakirəsi üçün mühüm platformadır və Mozambik də bu Şəbəkənin işində iştirak edir.

Görüşdə parlamentlərarası, təhsil, humanitar və digər sahələrdə əlaqələrin inkişaf perspektivlərindən danışılıb, qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ-ın Energetika naziri: Rusiya neftinə qarşı sanksiyalar yumşaldılmayıb

ABŞ-ın Energetika naziri: Rusiya neftinə qarşı sanksiyalar yumşaldılmayıb

Azərbaycan Basketbol Liqası: "Neftçi" "Sumqayıt"ı məğlub etdi

Azərbaycan Basketbol Liqası: "Neftçi" "Sumqayıt"ı məğlub etdi

ABŞ Çinlə danışıqlara başladı: Rusiyaya qarşı yeni rüsumlar gündəmdə

ABŞ Çinlə danışıqlara başladı: Rusiyaya qarşı yeni rüsumlar gündəmdə

İran da qırıcı təyyarə istehsal edir?

İran da qırıcı təyyarə istehsal edir?

Filipp Kirkorov necə vəfat etmək istədiyini açıqladı

Filipp Kirkorov necə vəfat etmək istədiyini açıqladı

Qazaxda avtomobil su arxına düşdü

Qazaxda avtomobil su arxına düşdü

İsraildən uçan təyyarədə bomba həyəcanı - Təcili eniş etdi

İsraildən uçan təyyarədə bomba həyəcanı - Təcili eniş etdi

Rusiyada ən böyük gizli şəbəkə ifşa edildi - Yarım trilyon rubl mənimsəyiblər?

Rusiyada ən böyük gizli şəbəkə ifşa edildi - Yarım trilyon rubl mənimsəyiblər?

Litva Ermənistandan gətirilən yaşıl çay partiyasını Aİ ərazisinə buraxmadı

Litva Ermənistandan gətirilən yaşıl çay partiyasını Aİ ərazisinə buraxmadı

Peter Madyar Viktoriya Orbanı dövlət çevrilişinə cəhddə ittiham etdi

Peter Madyar Viktoriya Orbanı dövlət çevrilişinə cəhddə ittiham etdi

Makron xalqa müraciət etdi: “Hökumət qiymət artımı ilə məşğul olacaq”

Makron xalqa müraciət etdi: “Hökumət qiymət artımı ilə məşğul olacaq”

Türkiyə Rusiyadan dizel yanacağı alacaq

Türkiyə Rusiyadan dizel yanacağı alacaq

Bakının bu rayonunda 2 gün su olmayacaq - XƏBƏRDARLIQ

Bakının bu rayonunda 2 gün su olmayacaq - XƏBƏRDARLIQ

ABŞ-ın Maliyyə naziri Ukraynanı müttəfiq adlandırmadı

ABŞ-ın Maliyyə naziri Ukraynanı müttəfiq adlandırmadı

Fransada kütləvi iğtişaşlar zamanı Messinin imzalı forması oğurlandı - VİDEO

Fransada kütləvi iğtişaşlar zamanı Messinin imzalı forması oğurlandı - VİDEO

İstanbulda Şişli konsertində halı pisləşən şəxslərdən ikisi vəfat etdi - VİDEO

İstanbulda Şişli konsertində halı pisləşən şəxslərdən ikisi vəfat etdi - VİDEO

Vladiqafqazın mərkəzində atışma: MMA döyüşçüsü yaralandı - VİDEO

Vladiqafqazın mərkəzində atışma: MMA döyüşçüsü yaralandı - VİDEO

Netanyahu Trampa təşəkkür etdi - VİDEO

Netanyahu Trampa təşəkkür etdi - VİDEO

İğtişaşlar İtaliyaya nə qədər ziyan vurub?

İğtişaşlar İtaliyaya nə qədər ziyan vurub?

Şəhərin mərkəzində bina qəzalı vəziyyətdə: Sakinlərin həyatı təhlükədədir - VİDEO

Şəhərin mərkəzində bina qəzalı vəziyyətdə: Sakinlərin həyatı təhlükədədir - VİDEO

Gəncədə ağır qəza: 2 avtomobil toqquşdu - FOTO-VİDEO

Gəncədə ağır qəza: 2 avtomobil toqquşdu - FOTO-VİDEO

Vətən Müharibəsi şəhidi Şaiq Kəlbiyevin anım mərasimi keçirildi - FOTO

Vətən Müharibəsi şəhidi Şaiq Kəlbiyevin anım mərasimi keçirildi - FOTO

ABŞ-ın Dövlət katibi Özbəkistandadır

ABŞ-ın Dövlət katibi Özbəkistandadır

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlandı - VİDEO

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlandı - VİDEO

End of content

No more pages to load

RADİO