Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva Qazaxıstan Respublikasının paytaxtı Astanaya, Milli Məclisin deputatı Hikmət Babaoğlu isə Almatı şəhərinə rəsmi səfər edib.
Bizim.Media xəbər verir ki, səfər Qazaxıstanda keçirilən parlament seçkiləri çərçivəsində baş tutub.
Deputatlar Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) nümayəndə heyətinin tərkibində beynəlxalq müşahidəçi qismində Azərbaycanı təmsil edərək seçki prosesini izləyiblər.
Səfər zamanı Astana və Almatı şəhərlərində müxtəlif seçki məntəqələrində səsvermənin təşkili, seçki prosesinin gedişi və seçicilər üçün yaradılmış şəraitlə tanışlıq həyata keçirilib.






Bizim.Media