Prezidentlər Nizami Gəncəvi adına Universitetin açılışında - FOTO

Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılış mərasimində iştirak ediblər.

Bizim.Media xəbər verir ki, dövlət başçıları əvvəlcə ali təhsil ocağının rəmzi açılışını bildirən lenti kəsdilər.

Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev universitetin həyətində ağac əkdilər. Azərbaycanın və Özbəkistanın dövlət başçılarına Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin tarixi və yaradılmış şərait barədə məlumat verildi.

1935-ci ildə Mərkəzi Asiya Dövlət Universitetinin Pedaqoji fakültəsinin bazasında Daşkənd Pedaqoji İnstitutu yaradılıb. 1947-ci ildə təhsil müəssisəsinin adı Nizami adına Daşkənd Dövlət Pedaqoji İnstitutu olaraq dəyişdirilib, 1998-ci ildən isə institut Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti kimi fəaliyyətini davam etdirib.

Universitetin məzunları arasında Özbəkistanın ədəbiyyatının, mədəniyyətinin, elminin və ictimai həyatının inkişafına mühüm töhfələr vermiş çoxsaylı görkəmli şəxsiyyətlər var.
 

Universitetin strukturunda 6 ali pedaqoji məktəb, həmçinin 1 Birgə Təhsil Ali Məktəbi və 1 magistratura şöbəsi fəaliyyət göstərir. Burada, ümumilikdə, 33 kafedra var. Universitetdə bakalavriat üzrə 38, magistratura üzrə isə 31 ixtisasda kadrlar hazırlanır. 730 müəllim və elmi-pedaqoji işçinin çalışdığı universitetdə 17 mindən çox tələbə, o cümlədən 6 Azərbaycan vətəndaşı olan tələbə, magistrant və müstəqil tədqiqatçı kimi təhsil alır.


Eyni zamanda, burada dünyanın 13 ölkəsindən 250 nəfər təhsilini davam etdirir. Universitetdə beynəlxalq təhsil proqramlarının tətbiqinə də xüsusi yer ayrılır. Təhsil ocağı dünyanın 20 ölkəsindən 15 beynəlxalq təhsil təşkilatı və 127 universitetlə, həmçinin UNESCO və UNICEF ilə sıx əməkdaşlıq qurub. Burada 12 birgə təhsil proqramı həyata keçirilir. Həmçinin 4 beynəlxalq təhsil və mədəniyyət mərkəzi - Azərbaycan, Qazaxıstan, Cənubi Koreya və Çin mərkəzləri fəaliyyət göstərir.

Nizami Gəncəvi adına Milli Pedaqoji Universitet Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Mingəçevir Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə anlaşma memorandumları imzalayıb.
 

Bu əməkdaşlıq çərçivəsində birgə elmi tədqiqatlar və beynəlxalq konfranslar, təhsil və elmi təcrübə mübadiləsi, həmçinin mədəni-maarif əlaqələri inkişaf etdirilir. Ölkəmizlə əməkdaşlıq çərçivəsində Füzuli şəhərindəki Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin ilk 5 məzunu qrant əsasında bu universitetdə təhsil almaq hüququ qazanıb.


“Yeni Daşkənd” ərazisində 40 hektar sahədə universitetin yeni kampusunun tikintisi həyata keçirilir. Layihə, ümumilikdə, 20 min nəfərlik tədris korpuslarının, həmçinin 5 min nəfərlik tələbə yataqxanalarının yaradılmasını nəzərdə tutur. Yeni kampusda Nizami Gəncəvi Muzeyi və universitetin tarix muzeyləri olacaq.

Dövlət başçıları burada təhsil ocağının müəllim və tələbə heyəti ilə görüşüb, onlarla söhbət etdilər.







































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Milan" "Atalanta"nı çətinliklə məğlub etdi - VİDEO

"Milan" "Atalanta"nı çətinliklə məğlub etdi - VİDEO

ABŞ-ın Energetika naziri: Rusiya neftinə qarşı sanksiyalar yumşaldılmayıb

ABŞ-ın Energetika naziri: Rusiya neftinə qarşı sanksiyalar yumşaldılmayıb

Azərbaycan Basketbol Liqası: "Neftçi" "Sumqayıt"ı məğlub etdi

Azərbaycan Basketbol Liqası: "Neftçi" "Sumqayıt"ı məğlub etdi

ABŞ Çinlə danışıqlara başladı: Rusiyaya qarşı yeni rüsumlar gündəmdə

ABŞ Çinlə danışıqlara başladı: Rusiyaya qarşı yeni rüsumlar gündəmdə

İran da qırıcı təyyarə istehsal edir?

İran da qırıcı təyyarə istehsal edir?

Filipp Kirkorov necə vəfat etmək istədiyini açıqladı

Filipp Kirkorov necə vəfat etmək istədiyini açıqladı

Qazaxda avtomobil su arxına düşdü

Qazaxda avtomobil su arxına düşdü

İsraildən uçan təyyarədə bomba həyəcanı - Təcili eniş etdi

İsraildən uçan təyyarədə bomba həyəcanı - Təcili eniş etdi

Rusiyada ən böyük gizli şəbəkə ifşa edildi - Yarım trilyon rubl mənimsəyiblər?

Rusiyada ən böyük gizli şəbəkə ifşa edildi - Yarım trilyon rubl mənimsəyiblər?

Litva Ermənistandan gətirilən yaşıl çay partiyasını Aİ ərazisinə buraxmadı

Litva Ermənistandan gətirilən yaşıl çay partiyasını Aİ ərazisinə buraxmadı

Peter Madyar Viktoriya Orbanı dövlət çevrilişinə cəhddə ittiham etdi

Peter Madyar Viktoriya Orbanı dövlət çevrilişinə cəhddə ittiham etdi

Makron xalqa müraciət etdi: “Hökumət qiymət artımı ilə məşğul olacaq”

Makron xalqa müraciət etdi: “Hökumət qiymət artımı ilə məşğul olacaq”

Türkiyə Rusiyadan dizel yanacağı alacaq

Türkiyə Rusiyadan dizel yanacağı alacaq

Bakının bu rayonunda 2 gün su olmayacaq - XƏBƏRDARLIQ

Bakının bu rayonunda 2 gün su olmayacaq - XƏBƏRDARLIQ

ABŞ-ın Maliyyə naziri Ukraynanı müttəfiq adlandırmadı

ABŞ-ın Maliyyə naziri Ukraynanı müttəfiq adlandırmadı

Fransada kütləvi iğtişaşlar zamanı Messinin imzalı forması oğurlandı - VİDEO

Fransada kütləvi iğtişaşlar zamanı Messinin imzalı forması oğurlandı - VİDEO

İstanbulda Şişli konsertində halı pisləşən şəxslərdən ikisi vəfat etdi - VİDEO

İstanbulda Şişli konsertində halı pisləşən şəxslərdən ikisi vəfat etdi - VİDEO

Vladiqafqazın mərkəzində atışma: MMA döyüşçüsü yaralandı - VİDEO

Vladiqafqazın mərkəzində atışma: MMA döyüşçüsü yaralandı - VİDEO

Netanyahu Trampa təşəkkür etdi - VİDEO

Netanyahu Trampa təşəkkür etdi - VİDEO

İğtişaşlar İtaliyaya nə qədər ziyan vurub?

İğtişaşlar İtaliyaya nə qədər ziyan vurub?

Şəhərin mərkəzində bina qəzalı vəziyyətdə: Sakinlərin həyatı təhlükədədir - VİDEO

Şəhərin mərkəzində bina qəzalı vəziyyətdə: Sakinlərin həyatı təhlükədədir - VİDEO

Gəncədə ağır qəza: 2 avtomobil toqquşdu - FOTO-VİDEO

Gəncədə ağır qəza: 2 avtomobil toqquşdu - FOTO-VİDEO

Vətən Müharibəsi şəhidi Şaiq Kəlbiyevin anım mərasimi keçirildi - FOTO

Vətən Müharibəsi şəhidi Şaiq Kəlbiyevin anım mərasimi keçirildi - FOTO

ABŞ-ın Dövlət katibi Özbəkistandadır

ABŞ-ın Dövlət katibi Özbəkistandadır

End of content

No more pages to load

RADİO