Azərbaycan Prezidentinin dövlət səfəri Özbəkistan mətbuatında – FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri bu ölkənin mətbuatı tərəfindən geniş şəkildə işıqlandırılıb. Qəzet və saytlar xəbərlərlə yanaşı, analitik yazılara və reportaja da yer veriblər.

Bizim.Media “azertag.az”a istinadən xəbər verir ki, “Gazeta.uz” iki ölkənin qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin genişlənməsinin iqtisadi inkişaf perspektivi vəd etdiyini yazıb. Özbəkistan ilə Azərbaycanın iqtisadi potensialı bütün sahələr üzrə səmərəli əlaqələr qurmağa və inkişaf etdirməyə imkan verir.

“Uza.uz” saytı rəsmi xəbərlərlə yanaşı redaksiya şərhində vurğulayıb ki, Azərbaycan ilə Özbəkistan arasındakı münasibətlər strateji müttəfiqlik səviyyəsinə yüksəlməkdədir. Hazırda iqtisadi, siyasi, mədəni əlaqələr yüksələn xətlə inkişaf edir və bu nailiyyətin əldə olunmasında iki dövlətin prezidentlərinin mühüm rolu var.

“Kun.uz news” hələ səfərdən öncə dərc etdiyi materialda vurğulayıb ki, rəsmi Daşkənd ilə rəsmi Bakı Avrasiya regionunda enerji, nəqliyyat, tranzit sahələrində sıx əməkdaşlıq edən və bu əməkdaşlıq əlaqələrini gələcəyə aparmaq imkanına malik olan dövlətlərdir.

“Novo24.uz” saytı da Azərbaycan Prezidentinin səfərini geniş işıqlandırıb. Bu sayt səfərdən əvvəl dərc edilmiş məqalədə diqqətə çatdırıb ki, özbək və Azərbaycan xalqları oxşar mədəniyyətə, dinə və mili-mənəvi dəyərlərə malikdirlər. Bu dəyərlər hər iki dövlətin yaxın əlaqələr quraraq strateji müttəfiq kimi çıxış etmələrini şərtləndirir.

“Upl.uz” yazır ki, Azərbaycan və Özbəkistan prezidentləri İlham Əliyev və Şavkat Mirziyoyev son 5 ildə 15 qarşılıqlı səfər həyata keçiriblər. Bu səfərlər və aparılan danışıqlar iqtisadi əməkdaşlığı tərəflər üçün faydalı vəziyyətə gətirib və 2025-ci ildə ticarət dövriyyəsi 3 dəfədən çox artaraq 795 milyon dollara çatıb. 2026-cı ilin ilk 5 ayında isə 33 faiz artım qeydə alınıb.

“Yuz.uz” internet resursunun materiallarında vurğulanıb ki, Azərbaycan Prezidentinin səfəri zamanı bir sıra birgə layihələrin həyata keçirilməsi müzakirə olunur və bu layihələr beynəlxalq xarakter daşıyır.

“Uznews.uz” saytı isə qeyd edib ki, Prezident İlham Əliyev və Prezident Şavkat Miziyoyev ikitərəfli əlaqələrin inkişafına ciddi diqqət ayırırlar. Nəqliyyat-tranzit, energetika və mədəni-humanitar sahələrdə əldə olunan nailiyyətlər təsadüfi deyil. Beş yüz milyon dollar həcmində yaradılan birgə investisiya şirkətinin də fəaliyyəti uğurludur.

“Dunyo.info” saytı Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfərini tarixi hadisə adlandırıb, Prezident İlham Əliyevin möhtəşəm qarşılanma mərasimini yüksək qiymətləndirib.

“Daryo.uz” saytı vurğulayıb ki, Azərbaycan və Özbəkistan qarşılıqlı ticarət dövriyyəsinin həcmini 1 milyard dollara çatdırmağı qarşıya məqsəd qoyublar. Bu məqsədə nail olmaq üçün hər iki ölkənin potensialı var. İstər sənaye, istərsə də kənd təsərrüfatı sahələrində böyük imkanlara malik olan dost ölkələr dövriyyəni artıra bilərlər.

“Nuz.uz” informasiya agentliyi isə qeyd edib ki, regionda iqtisadi əməkdaşlıq əlaqələrinin gücləndirilməsi təkcə Azərbaycan və Özbəkistana deyil, bütün Mərkəzi Asiya respublikaları üçün faydalı olacaq.























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Milan" "Atalanta"nı çətinliklə məğlub etdi - VİDEO

"Milan" "Atalanta"nı çətinliklə məğlub etdi - VİDEO

ABŞ-ın Energetika naziri: Rusiya neftinə qarşı sanksiyalar yumşaldılmayıb

ABŞ-ın Energetika naziri: Rusiya neftinə qarşı sanksiyalar yumşaldılmayıb

Azərbaycan Basketbol Liqası: "Neftçi" "Sumqayıt"ı məğlub etdi

Azərbaycan Basketbol Liqası: "Neftçi" "Sumqayıt"ı məğlub etdi

ABŞ Çinlə danışıqlara başladı: Rusiyaya qarşı yeni rüsumlar gündəmdə

ABŞ Çinlə danışıqlara başladı: Rusiyaya qarşı yeni rüsumlar gündəmdə

İran da qırıcı təyyarə istehsal edir?

İran da qırıcı təyyarə istehsal edir?

Filipp Kirkorov necə vəfat etmək istədiyini açıqladı

Filipp Kirkorov necə vəfat etmək istədiyini açıqladı

Qazaxda avtomobil su arxına düşdü

Qazaxda avtomobil su arxına düşdü

İsraildən uçan təyyarədə bomba həyəcanı - Təcili eniş etdi

İsraildən uçan təyyarədə bomba həyəcanı - Təcili eniş etdi

Rusiyada ən böyük gizli şəbəkə ifşa edildi - Yarım trilyon rubl mənimsəyiblər?

Rusiyada ən böyük gizli şəbəkə ifşa edildi - Yarım trilyon rubl mənimsəyiblər?

Litva Ermənistandan gətirilən yaşıl çay partiyasını Aİ ərazisinə buraxmadı

Litva Ermənistandan gətirilən yaşıl çay partiyasını Aİ ərazisinə buraxmadı

Peter Madyar Viktoriya Orbanı dövlət çevrilişinə cəhddə ittiham etdi

Peter Madyar Viktoriya Orbanı dövlət çevrilişinə cəhddə ittiham etdi

Makron xalqa müraciət etdi: “Hökumət qiymət artımı ilə məşğul olacaq”

Makron xalqa müraciət etdi: “Hökumət qiymət artımı ilə məşğul olacaq”

Türkiyə Rusiyadan dizel yanacağı alacaq

Türkiyə Rusiyadan dizel yanacağı alacaq

Bakının bu rayonunda 2 gün su olmayacaq - XƏBƏRDARLIQ

Bakının bu rayonunda 2 gün su olmayacaq - XƏBƏRDARLIQ

ABŞ-ın Maliyyə naziri Ukraynanı müttəfiq adlandırmadı

ABŞ-ın Maliyyə naziri Ukraynanı müttəfiq adlandırmadı

Fransada kütləvi iğtişaşlar zamanı Messinin imzalı forması oğurlandı - VİDEO

Fransada kütləvi iğtişaşlar zamanı Messinin imzalı forması oğurlandı - VİDEO

İstanbulda Şişli konsertində halı pisləşən şəxslərdən ikisi vəfat etdi - VİDEO

İstanbulda Şişli konsertində halı pisləşən şəxslərdən ikisi vəfat etdi - VİDEO

Vladiqafqazın mərkəzində atışma: MMA döyüşçüsü yaralandı - VİDEO

Vladiqafqazın mərkəzində atışma: MMA döyüşçüsü yaralandı - VİDEO

Netanyahu Trampa təşəkkür etdi - VİDEO

Netanyahu Trampa təşəkkür etdi - VİDEO

İğtişaşlar İtaliyaya nə qədər ziyan vurub?

İğtişaşlar İtaliyaya nə qədər ziyan vurub?

Şəhərin mərkəzində bina qəzalı vəziyyətdə: Sakinlərin həyatı təhlükədədir - VİDEO

Şəhərin mərkəzində bina qəzalı vəziyyətdə: Sakinlərin həyatı təhlükədədir - VİDEO

Gəncədə ağır qəza: 2 avtomobil toqquşdu - FOTO-VİDEO

Gəncədə ağır qəza: 2 avtomobil toqquşdu - FOTO-VİDEO

Vətən Müharibəsi şəhidi Şaiq Kəlbiyevin anım mərasimi keçirildi - FOTO

Vətən Müharibəsi şəhidi Şaiq Kəlbiyevin anım mərasimi keçirildi - FOTO

ABŞ-ın Dövlət katibi Özbəkistandadır

ABŞ-ın Dövlət katibi Özbəkistandadır

End of content

No more pages to load

RADİO