İlham Əliyev: “Bu gün biz tamamilə fərqli Özbəkistan görürük”

“Hər dəfə Daşkəndə gələndə sürətli inkişafın şahidi oluram”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə mətbuta birgə bəyanatında bildirib.

“İlk növbədə, dəvətə, qonaqpərvərliyə, Azərbaycana və Azərbaycan xalqına göstərdiyiniz səmimi münasibətə görə sizə bir daha təşəkkürümü bildirmək istərdim. Biz də Özbəkistana və Özbəkistanın qardaş xalqına eyni xoş və qardaşlıq hisslərini bəsləyirik. Bugünkü səfərin nəticələri bunu bir daha təsdiqləyir.
 

İlk növbədə bir daha qeyd etmək istərdim ki, Daşkəndə ilk dəfə səfər etmirəm və hər dəfə burada olarkən sürətli inkişafın şahidi oluram. Bu, hər şeydə – həm böyük layihələrdə, həm də ayrı-ayrı detallarda özünü göstərir. Bu gün Daşkənd və bütövlükdə Türküstan yüksəliş mərhələsindədir. Bu isə mənim əziz qardaşım Şavkat Mirziyoyevin Özbəkistanın potensialının gücləndirilməsinə, ölkənin beynəlxalq arenadakı mövqelərinin möhkəmləndirilməsinə və ən mühüm sosial-iqtisadi məsələlərin həllinə yönəlmiş fəaliyyətinin nəticəsidir.


Şavkat Mirziyoyev Özbəkistana rəhbərlik etməyə başlayanda vəziyyət tamamilə fərqli idi. Özbəkistan vətəndaşları bunu yaxşı bilirlər, biz də bunu bilirik. Buna görə də onun ölkəni inkişaf yoluna çıxarmaq, dövlətin inkişafı üçün iqtisadi əsasları, demək olar ki, sıfırdan formalaşdırmaq üçün böyük səylər göstərməsi lazım gəldi.

İqtisadiyyatı şaxələndirmək, sənayeni inkişaf etdirmək, kənd təsərrüfatını, yenə də şaxələndirilmiş şəkildə inkişaf etdirmək, iqtisadiyyatın böyük potensiala malik olan və ehtiyac duyduğu sahələrinə investisiyalar cəlb etmək lazım idi. Bu gün isə biz tamamilə fərqli Özbəkistan görürük. Bu, dünya birliyində böyük hörmətə malik olan və sənaye inkişafı, kənd təsərrüfatı, energetika və nəqliyyat infrastrukturu ilə bağlı məsələləri çox operativ və səmərəli şəkildə həll edən Özbəkistandır.
 

Şavkat Mirziyoyevin ikitərəfli münasibətlərimizə dair söylədiyi bütün fikirlər, ilk növbədə, onun və komandasının Özbəkistan üçün gördüyü işlərə aiddir. Mən bu barədə bu gün artıq danışmışam. Əgər bu ilkin baza, bu potensial olmasaydı, heç bir birgə layihəni həyata keçirmək mümkün olmazdı.


Ümumiyyətlə, Şavkat Mirziyoyev Özbəkistana rəhbər gəlməzdən əvvəl ölkələrimiz arasında heç bir birgə layihə yox idi. Bu gün isə biz 1 milyard dollarlıq əmtəə dövriyyəsi hədəfindən hansısa uzaq gələcək arzusu kimi deyil, yəqin ki, bir neçə ildən sonra çatacağımız göstərici kimi danışırıq.

Bu gün müzakirə olunan investisiya layihələri, qarşılıqlı investisiyalar, məhz iqtisadiyyatlarımızın tələb etdiyi və ehtiyac duyduğu sahələrə yönələn təşəbbüslər – bütün bunlar hər iki ölkə paralel inkişaf yolu ilə irəliləməsəydi mümkün olmazdı", - deyə dövlət başçısı qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Milan" "Atalanta"nı çətinliklə məğlub etdi - VİDEO

"Milan" "Atalanta"nı çətinliklə məğlub etdi - VİDEO

ABŞ-ın Energetika naziri: Rusiya neftinə qarşı sanksiyalar yumşaldılmayıb

ABŞ-ın Energetika naziri: Rusiya neftinə qarşı sanksiyalar yumşaldılmayıb

Azərbaycan Basketbol Liqası: "Neftçi" "Sumqayıt"ı məğlub etdi

Azərbaycan Basketbol Liqası: "Neftçi" "Sumqayıt"ı məğlub etdi

ABŞ Çinlə danışıqlara başladı: Rusiyaya qarşı yeni rüsumlar gündəmdə

ABŞ Çinlə danışıqlara başladı: Rusiyaya qarşı yeni rüsumlar gündəmdə

İran da qırıcı təyyarə istehsal edir?

İran da qırıcı təyyarə istehsal edir?

Filipp Kirkorov necə vəfat etmək istədiyini açıqladı

Filipp Kirkorov necə vəfat etmək istədiyini açıqladı

Qazaxda avtomobil su arxına düşdü

Qazaxda avtomobil su arxına düşdü

İsraildən uçan təyyarədə bomba həyəcanı - Təcili eniş etdi

İsraildən uçan təyyarədə bomba həyəcanı - Təcili eniş etdi

Rusiyada ən böyük gizli şəbəkə ifşa edildi - Yarım trilyon rubl mənimsəyiblər?

Rusiyada ən böyük gizli şəbəkə ifşa edildi - Yarım trilyon rubl mənimsəyiblər?

Litva Ermənistandan gətirilən yaşıl çay partiyasını Aİ ərazisinə buraxmadı

Litva Ermənistandan gətirilən yaşıl çay partiyasını Aİ ərazisinə buraxmadı

Peter Madyar Viktoriya Orbanı dövlət çevrilişinə cəhddə ittiham etdi

Peter Madyar Viktoriya Orbanı dövlət çevrilişinə cəhddə ittiham etdi

Makron xalqa müraciət etdi: “Hökumət qiymət artımı ilə məşğul olacaq”

Makron xalqa müraciət etdi: “Hökumət qiymət artımı ilə məşğul olacaq”

Türkiyə Rusiyadan dizel yanacağı alacaq

Türkiyə Rusiyadan dizel yanacağı alacaq

Bakının bu rayonunda 2 gün su olmayacaq - XƏBƏRDARLIQ

Bakının bu rayonunda 2 gün su olmayacaq - XƏBƏRDARLIQ

ABŞ-ın Maliyyə naziri Ukraynanı müttəfiq adlandırmadı

ABŞ-ın Maliyyə naziri Ukraynanı müttəfiq adlandırmadı

Fransada kütləvi iğtişaşlar zamanı Messinin imzalı forması oğurlandı - VİDEO

Fransada kütləvi iğtişaşlar zamanı Messinin imzalı forması oğurlandı - VİDEO

İstanbulda Şişli konsertində halı pisləşən şəxslərdən ikisi vəfat etdi - VİDEO

İstanbulda Şişli konsertində halı pisləşən şəxslərdən ikisi vəfat etdi - VİDEO

Vladiqafqazın mərkəzində atışma: MMA döyüşçüsü yaralandı - VİDEO

Vladiqafqazın mərkəzində atışma: MMA döyüşçüsü yaralandı - VİDEO

Netanyahu Trampa təşəkkür etdi - VİDEO

Netanyahu Trampa təşəkkür etdi - VİDEO

İğtişaşlar İtaliyaya nə qədər ziyan vurub?

İğtişaşlar İtaliyaya nə qədər ziyan vurub?

Şəhərin mərkəzində bina qəzalı vəziyyətdə: Sakinlərin həyatı təhlükədədir - VİDEO

Şəhərin mərkəzində bina qəzalı vəziyyətdə: Sakinlərin həyatı təhlükədədir - VİDEO

Gəncədə ağır qəza: 2 avtomobil toqquşdu - FOTO-VİDEO

Gəncədə ağır qəza: 2 avtomobil toqquşdu - FOTO-VİDEO

Vətən Müharibəsi şəhidi Şaiq Kəlbiyevin anım mərasimi keçirildi - FOTO

Vətən Müharibəsi şəhidi Şaiq Kəlbiyevin anım mərasimi keçirildi - FOTO

ABŞ-ın Dövlət katibi Özbəkistandadır

ABŞ-ın Dövlət katibi Özbəkistandadır

End of content

No more pages to load

RADİO