Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Özbəkistan Respublikasının “Ali Dostluq Dərəcəsi” ordeni ilə təltif edib.
Bizim.Media xəbər verir ki, mükafatlandırma mərasimi Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində Daşkənddə keçirilib.
“Ali Dostluq Dərəcəsi” ordeninin Prezident İlham Əliyevə təqdim edilməsi iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinə, strateji tərəfdaşlığın və müttəfiqliyin inkişafına verdiyi töhfənin yüksək qiymətləndirilməsi kimi dəyərləndirilir.

Bizim.Media