Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında keçirilən görüş zamanı iki ölkə arasında münasibətlərin inkişafını əks etdirən videoçarx nümayiş olunub.
Bizim.Media xəbər verir ki, videoçarxda Azərbaycan və Özbəkistan arasında tarixi, siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafı, iki qardaş xalqı birləşdirən ortaq dəyərlər və son illərdə əməkdaşlığın müxtəlif istiqamətlərində əldə olunan nailiyyətlərdən bəhs edilib.
Görüntülərdə iki ölkə arasında yüksək səviyyəli qarşılıqlı səfərlər, həyata keçirilən birgə layihələr, eləcə də Azərbaycan-Özbəkistan dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsini əks etdirən kadrlar yer alıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində Azərbaycan və Özbəkistan arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olunur.
Bizim.Media