Azərbaycan–Özbəkistan əlaqələri iqtisadiyyat və nəqliyyat sahələrində GENİŞLƏNİR

Azərbaycan və Özbəkistan arasında son illərdə iqtisadi, energetika və nəqliyyat sahələrində əməkdaşlıq dinamik şəkildə inkişaf edir.

Bizim.Media APA-ya istinadla xəbər verir ki, bu proses özünü iki ölkə arasındakı ticarət göstəricilərində də göstərir.

Belə ki, 2025-ci ildə ticarət dövriyyəsi 2024-cü illə müqayisədə 3 dəfədən çox artaraq 795 milyon dollara çatıb. 2026-cı ilin yanvar-may aylarında isə iki ölkə arasında ticarət dövriyyəsi illik müqayisədə 33 faiz artaraq 144 milyon dollar təşkil edib.

Hazırda Azərbaycanda 130-dan çox Özbəkistan şirkəti fəaliyyət göstərir. Özbəkistan şirkətləri, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən iqtisadi layihələrə cəlb olunublar. “Azərmaş” Birgə Müəssisəsinin özbək tərəfdaşlarla əməkdaşlığı nəticəsində “Chevrolet” və “Isuzu” markalı avtomobillərin istehsalı həyata keçirilir.

İndiyədək 10 mindən çox “Chevrolet” və 300-dən çox “Isuzu” markalı nəqliyyat vasitəsi istehsal edilib.

2023-cü ildə yaradılan Azərbaycan–Özbəkistan İnvestisiya Şirkəti də qarşılıqlı investisiya əməkdaşlığının genişləndirilməsində mühüm rol oynayır. Şirkət hər iki ölkədə müxtəlif sahələr üzrə perspektivli layihələrin maliyyələşdirilməsinə və reallaşdırılmasına töhfə verir. Eyni zamanda, Hökumətlərarası Komissiya iqtisadi, ticari və investisiya əlaqələrinin inkişafında əsas platformalardan biri kimi çıxış edir. Komissiyanın indiyədək 15 iclası keçirilib.
 

Energetika sahəsində əməkdaşlığın mühüm istiqamətlərindən biri neft-qaz sektorudur.

Özbəkistanın “OZLITINEFTGAZ” İnstitutu ilə “SOCAR NIPI Nefteqaz”ın bazasında yaradılan “Neftegaztexnologiya” birgə müəssisəsi 2016-cı ildən bu sahədə fəaliyyət göstərir.

Nəqliyyat əlaqələri də genişlənməkdədir. 2025-ci ildə Azərbaycan və Özbəkistan arasında tranzit daşımaların həcmi 1,4 milyon ton olub. Hava nəqliyyatı sahəsində isə AZAL Bakı-Daşkənd-Bakı istiqamətində həftədə 7, Bakı-Səmərqənd-Bakı istiqamətində 2 reys həyata keçirir. “Özbəkistan Xavo Yolları” Daşkənd-Bakı-Daşkənd marşrutu üzrə həftədə 4, “Centrum” aviaşirkəti isə 3 reys yerinə yetirir.

İşğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistanla birgə 100 hektar ərazidə “Dostluq bağı” adlı nar bağının salınması nəzərdə tutulur. Layihə çərçivəsində Azərbaycan və Özbəkistan nar sortlarının yetişdirilməsi planlaşdırılır.

Layihənin təməlqoyma mərasimi 2024-cü ildə onlayn formatda keçirilib, 4 may 2026-cı ildə isə Özbəkistanın kənd təsərrüfatı naziri “Dostluq bağı”na səfər edib.

Bundan başqa, 2025-ci ildə Bakının Ağ Şəhər ərazisində iki ölkə prezidentlərinin iştirakı ilə “Özbəkistan” parkının təməli qoyulub. 5 hektar sahəni əhatə edəcək park Özbəkistan xəritəsi formasında salınacaq. Burada muzey, kinoteatr, amfiteatr, qüllə, milli mətbəx restoran və kafeləri, ticarət və suvenir zonaları, zoopark və mehmanxananın fəaliyyət göstərməsi nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Milan" "Atalanta"nı çətinliklə məğlub etdi - VİDEO

"Milan" "Atalanta"nı çətinliklə məğlub etdi - VİDEO

ABŞ-ın Energetika naziri: Rusiya neftinə qarşı sanksiyalar yumşaldılmayıb

ABŞ-ın Energetika naziri: Rusiya neftinə qarşı sanksiyalar yumşaldılmayıb

Azərbaycan Basketbol Liqası: "Neftçi" "Sumqayıt"ı məğlub etdi

Azərbaycan Basketbol Liqası: "Neftçi" "Sumqayıt"ı məğlub etdi

ABŞ Çinlə danışıqlara başladı: Rusiyaya qarşı yeni rüsumlar gündəmdə

ABŞ Çinlə danışıqlara başladı: Rusiyaya qarşı yeni rüsumlar gündəmdə

İran da qırıcı təyyarə istehsal edir?

İran da qırıcı təyyarə istehsal edir?

Filipp Kirkorov necə vəfat etmək istədiyini açıqladı

Filipp Kirkorov necə vəfat etmək istədiyini açıqladı

Qazaxda avtomobil su arxına düşdü

Qazaxda avtomobil su arxına düşdü

İsraildən uçan təyyarədə bomba həyəcanı - Təcili eniş etdi

İsraildən uçan təyyarədə bomba həyəcanı - Təcili eniş etdi

Rusiyada ən böyük gizli şəbəkə ifşa edildi - Yarım trilyon rubl mənimsəyiblər?

Rusiyada ən böyük gizli şəbəkə ifşa edildi - Yarım trilyon rubl mənimsəyiblər?

Litva Ermənistandan gətirilən yaşıl çay partiyasını Aİ ərazisinə buraxmadı

Litva Ermənistandan gətirilən yaşıl çay partiyasını Aİ ərazisinə buraxmadı

Peter Madyar Viktoriya Orbanı dövlət çevrilişinə cəhddə ittiham etdi

Peter Madyar Viktoriya Orbanı dövlət çevrilişinə cəhddə ittiham etdi

Makron xalqa müraciət etdi: “Hökumət qiymət artımı ilə məşğul olacaq”

Makron xalqa müraciət etdi: “Hökumət qiymət artımı ilə məşğul olacaq”

Türkiyə Rusiyadan dizel yanacağı alacaq

Türkiyə Rusiyadan dizel yanacağı alacaq

Bakının bu rayonunda 2 gün su olmayacaq - XƏBƏRDARLIQ

Bakının bu rayonunda 2 gün su olmayacaq - XƏBƏRDARLIQ

ABŞ-ın Maliyyə naziri Ukraynanı müttəfiq adlandırmadı

ABŞ-ın Maliyyə naziri Ukraynanı müttəfiq adlandırmadı

Fransada kütləvi iğtişaşlar zamanı Messinin imzalı forması oğurlandı - VİDEO

Fransada kütləvi iğtişaşlar zamanı Messinin imzalı forması oğurlandı - VİDEO

İstanbulda Şişli konsertində halı pisləşən şəxslərdən ikisi vəfat etdi - VİDEO

İstanbulda Şişli konsertində halı pisləşən şəxslərdən ikisi vəfat etdi - VİDEO

Vladiqafqazın mərkəzində atışma: MMA döyüşçüsü yaralandı - VİDEO

Vladiqafqazın mərkəzində atışma: MMA döyüşçüsü yaralandı - VİDEO

Netanyahu Trampa təşəkkür etdi - VİDEO

Netanyahu Trampa təşəkkür etdi - VİDEO

İğtişaşlar İtaliyaya nə qədər ziyan vurub?

İğtişaşlar İtaliyaya nə qədər ziyan vurub?

Şəhərin mərkəzində bina qəzalı vəziyyətdə: Sakinlərin həyatı təhlükədədir - VİDEO

Şəhərin mərkəzində bina qəzalı vəziyyətdə: Sakinlərin həyatı təhlükədədir - VİDEO

Gəncədə ağır qəza: 2 avtomobil toqquşdu - FOTO-VİDEO

Gəncədə ağır qəza: 2 avtomobil toqquşdu - FOTO-VİDEO

Vətən Müharibəsi şəhidi Şaiq Kəlbiyevin anım mərasimi keçirildi - FOTO

Vətən Müharibəsi şəhidi Şaiq Kəlbiyevin anım mərasimi keçirildi - FOTO

ABŞ-ın Dövlət katibi Özbəkistandadır

ABŞ-ın Dövlət katibi Özbəkistandadır

End of content

No more pages to load

RADİO