Azərbaycan media nümayəndələri Prezident İlham Əliyevin Özbəkistana dövlət səfərini işıqlandırmaq məqsədilə artıq Daşkənddədir.
Bizim.Media xəbər verir ki, jurnalistlər səfər çərçivəsində keçiriləcək rəsmi tədbirləri, Prezident İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşlərini və Azərbaycan-Özbəkistan münasibətlərinə dair mühüm məqamları yerindən işıqlandıracaqlar.
Qeyd edək ki, Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri avqustun 23-24-də baş tutacaq.
Səfər çərçivəsində Azərbaycan və Özbəkistan prezidentlərinin danışıqları, həmçinin Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şurasının üçüncü iclasının keçirilməsi nəzərdə tutulur.
Bizim.Media