Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana gözlənilən dövlət səfərini işıqlandırmaq məqsədilə Azərbaycan mediasının nümayəndələri Özbəkistana yola düşüb.
Bizim.Media xəbər verir ki, səfər çərçivəsində Azərbaycan media nümayəndələri Prezident İlham Əliyevin Özbəkistanın Prezidenti Şavkat Mirziyoyevlə görüşlərini, keçirilməsi nəzərdə tutulan rəsmi tədbirləri və iki ölkə arasında əlaqələrin inkişafı ilə bağlı mühüm məqamları yerindən işıqlandıracaqlar.
Qeyd edək ki, Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri 23–24 avqust 2026-cı il tarixlərində baş tutacaq.
Səfər Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə həyata keçirilir. Səfər çərçivəsində iki lider arasında danışıqların keçirilməsi və Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şurasının üçüncü iclasında iştirak nəzərdə tutulur.
Bizim.Media