Daşkənddə irimiqyaslı Azərbaycan-Özbəkistan forumu keçirildi - FOTO

Daşkənddə təşkil edilən IV Özbəkistan–Azərbaycan Regionlararası Forumunda ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi, birgə layihələrin reallaşdırılmasına dair müzakirələr aparılıb, sənədlər mübadilə olunub.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, Daşkənddə Azərbaycanın İqtisadiyyat, Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət nazirliklərinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Özbəkistanın Xarici İnvestisiyaların Cəlb Edilməsi Agentliyinin birgə təşkilatçılığı ilə IV Özbəkistan–Azərbaycan Regionlararası Forumu keçirilib. Tədbirdə hər iki ölkədən dövlət rəsmiləri ilə yanaşı, ağır sənaye, maşınqayırma, metallurgiya və metal emalı, tikinti, tekstil, kənd təsərrüfatı, qida, turizm, təhsil, tibb və əczaçılıq, mühəndislik, konsaltinq, dağ-mədən, kimya, mebel, elektrotexnika, avtomobil sənayesi, dəri məmulatları, plastik emalı və digər sahələrdə fəaliyyət göstərən 400-dək şirkət təmsil olunub.
 

Forumda çıxış edən Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, Azərbaycan–Özbəkistan münasibətlərinin dövlət başçılarımızın siyasi iradəsi sayəsində intensiv inkişafı iqtisadi əlaqələrimizin daha da şaxələndirilməsinə və biznes tərəfdaşlığımızın gücləndirilməsinə mühüm stimul verir.


Nazir strateji tərəfdaşlıq münasibətlərinə malik ölkələrimiz arasında iqtisadi əlaqələrin müsbət dinamikasını vurğulayıb, regional bağlantıların möhkəmləndirilməsi üçün geniş imkanları qeyd edib. Bildirilib ki, əlaqələr yalnız dövlətlərarası səviyyədə deyil, şəhərlər və regionlar arasında da fəal şəkildə inkişaf edir.

Əməkdaşlığın fəal təşviqi, sənaye, investisiya, ticarət, enerji, nəqliyyat-tranzit, rəqəmsallaşma, kənd təsərrüfatı və digər istiqamətlərdə tərəfdaşlığın, biznes dairələri arasında birbaşa əlaqələrin gücləndirilməsi imkanları diqqətə çatdırılıb.
 

Həmçinin vurğulanıb ki, Orta Dəhliz Azərbaycan və Özbəkistan arasında iqtisadi əməkdaşlığın əsas istiqamətlərindən biridir. Məqsəd dəhlizi sadəcə tranzit marşrutu deyil, əlavə dəyərin yaradıldığı iqtisadi platformaya çevirməkdir. Bunun üçün dəmir yolu və dəniz daşımalarının əlaqələndirilməsi, tariflərin optimallaşdırılması, rəqəmsal məlumat mübadiləsinin genişləndirilməsi istiqamətində əməkdaşlığın dərinləşdirilməsi vacibdir.


Qarabağ və Şərqi Zəngəzur yeni investisiya imkanları baxımından xüsusi əhəmiyyət daşıyır. Burada dövlət tərəfindən yaradılan infrastruktur və investisiya təşviqləri özəl sektor üçün əlverişli şərait formalaşdırır. Özbəkistanın işğaldan azad edilmiş ərazilərin bərpasına verdiyi dəstək iki ölkə arasındakı qardaşlığın mühüm göstəricisidir.

Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratov Azərbaycanla Özbəkistan arasında iqtisadi əlaqələrin ardıcıl şəkildə inkişaf etdiyini bildirib. Qarşılıqlı ticarətin və investisiyaların artırılması, regionlar arasında birbaşa biznes əlaqələrinin gücləndirilməsi və birgə layihələrin reallaşdırılması üçün geniş imkanların olduğu vurğulanıb.
 

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev və Özbəkistanın Xarici İnvestisiyaların Cəlb Edilməsi Agentliyinin direktor vəzifəsini icra edən Roksana Nesor hər iki ölkənin investisiya və ixrac potensialı, sahibkarlar üçün təqdim olunan dəstək mexanizmləri barədə məlumat veriblər.


Forumda həmçinin Daşkənd Şəhər İcra Hakimiyyətinin başçısının müavini Şarof Raxmanov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Daşkənd Vilayətinin İcra Hakimiyyətinin başçısının müavini Jaxongir Mamajonov, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, Namanqan Şəhər İcra Hakimiyyətinin başçısı Ayubxon Kamalov və Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov çıxış ediblər.

Çıxışlarda regionlararası əməkdaşlığın genişləndirilməsi və yeni tərəfdaşlıq imkanlarının yaradılması istiqamətində fikirlər səsləndirilib. Bununla yanaşı, tədbirdə çıxış edən "Uzavtosanoat" SC-nin sədr müavini Davron Xidoyatov və "Azərşəkər" MMC-nin İdarə Heyətinin üzvü Cavid Abdullayev birgə işgüzar fəaliyyətin genişləndirilməsi və ortaq layihələrin təşviqi barədə danışıblar.

Özbəkistanla Azərbaycan arasında uğurla yekunlaşan IV Regionlararası Forum çərçivəsində ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafına yönəlmiş bir sıra sənədlər mübadilə edilib. Enerji, maliyyə, infrastruktur, tikinti və istehsal kimi prioritet sahələrdə əməkdaşlığı əhatə edən sənədlər biznes assosiasiyaları arasında əlaqələrin daha da möhkəmləndirilməsini, özəl sektorun potensialının tam reallaşdırılmasını və birgə layihələrin həyata keçirilməsini təmin edəcək.

Forum biznes dairələri arasında görüşlərlə davam edib.













Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Milan" "Atalanta"nı çətinliklə məğlub etdi - VİDEO

"Milan" "Atalanta"nı çətinliklə məğlub etdi - VİDEO

ABŞ-ın Energetika naziri: Rusiya neftinə qarşı sanksiyalar yumşaldılmayıb

ABŞ-ın Energetika naziri: Rusiya neftinə qarşı sanksiyalar yumşaldılmayıb

Azərbaycan Basketbol Liqası: "Neftçi" "Sumqayıt"ı məğlub etdi

Azərbaycan Basketbol Liqası: "Neftçi" "Sumqayıt"ı məğlub etdi

ABŞ Çinlə danışıqlara başladı: Rusiyaya qarşı yeni rüsumlar gündəmdə

ABŞ Çinlə danışıqlara başladı: Rusiyaya qarşı yeni rüsumlar gündəmdə

İran da qırıcı təyyarə istehsal edir?

İran da qırıcı təyyarə istehsal edir?

Filipp Kirkorov necə vəfat etmək istədiyini açıqladı

Filipp Kirkorov necə vəfat etmək istədiyini açıqladı

Qazaxda avtomobil su arxına düşdü

Qazaxda avtomobil su arxına düşdü

İsraildən uçan təyyarədə bomba həyəcanı - Təcili eniş etdi

İsraildən uçan təyyarədə bomba həyəcanı - Təcili eniş etdi

Rusiyada ən böyük gizli şəbəkə ifşa edildi - Yarım trilyon rubl mənimsəyiblər?

Rusiyada ən böyük gizli şəbəkə ifşa edildi - Yarım trilyon rubl mənimsəyiblər?

Litva Ermənistandan gətirilən yaşıl çay partiyasını Aİ ərazisinə buraxmadı

Litva Ermənistandan gətirilən yaşıl çay partiyasını Aİ ərazisinə buraxmadı

Peter Madyar Viktoriya Orbanı dövlət çevrilişinə cəhddə ittiham etdi

Peter Madyar Viktoriya Orbanı dövlət çevrilişinə cəhddə ittiham etdi

Makron xalqa müraciət etdi: “Hökumət qiymət artımı ilə məşğul olacaq”

Makron xalqa müraciət etdi: “Hökumət qiymət artımı ilə məşğul olacaq”

Türkiyə Rusiyadan dizel yanacağı alacaq

Türkiyə Rusiyadan dizel yanacağı alacaq

Bakının bu rayonunda 2 gün su olmayacaq - XƏBƏRDARLIQ

Bakının bu rayonunda 2 gün su olmayacaq - XƏBƏRDARLIQ

ABŞ-ın Maliyyə naziri Ukraynanı müttəfiq adlandırmadı

ABŞ-ın Maliyyə naziri Ukraynanı müttəfiq adlandırmadı

Fransada kütləvi iğtişaşlar zamanı Messinin imzalı forması oğurlandı - VİDEO

Fransada kütləvi iğtişaşlar zamanı Messinin imzalı forması oğurlandı - VİDEO

İstanbulda Şişli konsertində halı pisləşən şəxslərdən ikisi vəfat etdi - VİDEO

İstanbulda Şişli konsertində halı pisləşən şəxslərdən ikisi vəfat etdi - VİDEO

Vladiqafqazın mərkəzində atışma: MMA döyüşçüsü yaralandı - VİDEO

Vladiqafqazın mərkəzində atışma: MMA döyüşçüsü yaralandı - VİDEO

Netanyahu Trampa təşəkkür etdi - VİDEO

Netanyahu Trampa təşəkkür etdi - VİDEO

İğtişaşlar İtaliyaya nə qədər ziyan vurub?

İğtişaşlar İtaliyaya nə qədər ziyan vurub?

Şəhərin mərkəzində bina qəzalı vəziyyətdə: Sakinlərin həyatı təhlükədədir - VİDEO

Şəhərin mərkəzində bina qəzalı vəziyyətdə: Sakinlərin həyatı təhlükədədir - VİDEO

Gəncədə ağır qəza: 2 avtomobil toqquşdu - FOTO-VİDEO

Gəncədə ağır qəza: 2 avtomobil toqquşdu - FOTO-VİDEO

Vətən Müharibəsi şəhidi Şaiq Kəlbiyevin anım mərasimi keçirildi - FOTO

Vətən Müharibəsi şəhidi Şaiq Kəlbiyevin anım mərasimi keçirildi - FOTO

ABŞ-ın Dövlət katibi Özbəkistandadır

ABŞ-ın Dövlət katibi Özbəkistandadır

End of content

No more pages to load

RADİO