Almaniyanın Azərbaycana təyin edilən yeni səfiri Dirk Lölken Bakıya gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Almaniyanın ölkəmizdəki səfirliyi sosial şəbəkə hesablarında açıqlayıb.
“Qarşıdan gələn illərdə Almaniya-Azərbaycan münasibətlərini daha da gücləndirməyə, ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı genişləndirməyə həvəslə gözləyirəm”, - deyə bu gün Bakıda fəaliyyətinə başlayan səfir bildirib.



Bizim.Media