Milli Məclis 27 Sentyabr – Anım Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat qəbul edib.
Bizim.Media xəbər verir ki, bəyanat Milli Məclisin sentyabrın 30-da keçirilən plenar iclasında deputat Ramid Namazov tərəfindən səsləndirilib.
Bəyanatda 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi və Azərbaycanın əldə etdiyi tarixi Qələbə barədə məlumatlar yer alıb.
Həmçinin, bəyənatda 2023-cü ilin sentyabrında lokal antiterror əməliyyatları nəticəsində respublikanın suverenliyinin tam təmin edilməsi məsələsini də əksini tapıb. Bundan başqa, azad olunmuş ərazilərdə aparılan quruculuq, bərpa işləri də yer alıb. Bəyanat səsə qoyularaq qəbul edilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkənin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərə, bütün şəhidlərə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir.
Günay Şahmar, Bizim.Media